2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Elgiz Qəhrəman ona ayrılan vəkildən imtina etdi

NİDA-çının məhkəmə prosesi başlayır

Dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Elgiz Qəhrəmanının məhkəməsi başlayıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda məlum olub ki, Elgiz Qəhrəmanın hüquqlarını müdafiə edən vəkil xaricdədir. Bu səbəbdən ona Elman Ağayev dövlət hesabına müdafiəçi təyin olunub. Lakin E. Qəhrəman həmin vəkildən imtina edib. O, öz vəkilləri gələnə kimi prosesin təxirə salınmasını xahiş edib. Prokuror buna etiraz etməyib. Hazırlıq iclasında vəkilin iştirakının vacibliyini vurğulayaraq, prosesin təxirə salınmasına etiraz etməyib. Buna görə iclas dekabrın 14-nə təxirə salınıb.

Saytların yığılması Saytlarin yigilmasi

E.Qəhrəman avqustun 12-də saxlanıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur. E. Qəhrəman ittihamə qəbul etmir və şərləndiyini bildirir. (Meydan TV)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button