2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Elmar Vəliyevə sui-qəsdə görə daha bir nəfər öldürüldü – FOTOLAR

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə iştirak edən şəxslərdən biri məhv edilib.

Hüquq mühafizə orqanlarından bildiriblər ki, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adamöldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyinə görə “Aslanlar” qrupu tərəfindən öldürülüb.

Müəyyən edilib ki, o, 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib. (azertag.az)

Qeyd edək ki, hadisə ilə əlaqədar 30-dan çox həbs edilən var və bir neçə nəfər keçirilən əməliyyatlar nəticəsində öldürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button