2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Entoni Blinken ABŞ Dövlət katibi vəzifəsində ilk dəfə Türkiyəyə səfər edir

ABŞ-ın Dövlət katibi Entoni Blinken fevralın 19-da Türkiyəyə səfər edəcək. O, səfər ərəfəsində o, “Twitter” hesabında yazıb:

“#Türkiye səfərinə hazırlaşarkən özəl sektorun zəlzələyə reaksiyasını stimullaşdırdıqları üçün @USChamber və Amerika şirkətlərinə təşəkkür edirəm. Amerika şirkətləri 65 milyon dollardan çox kömək ayırıblar və Türkiyə və Suriya xalqlarına kömək etməkdə əvəzsiz rol oynayırlar”.

Saytların yığılması Saytlarin yigilmasi

Blinkenin təyyarəsi Adananın cənubundakı İncirlik hava bazasına enəcək və o, oradan zəlzələdən zərər çəkmiş ərazilərə baxacaq.

ABŞ dövlət katibi rəsmi səfər zamanı Vaşinqtonun on minlərlə insanın ölümünə səbəb olan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Ankaraya necə kömək edə biləcəyini müzakirə edəcək. İstisna deyil ki, İsveç və Finlandiyanın NATO-ya qəbulu, Ukraynadakı vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması məsələləri də müzakirə olunacaq.

Bazar ertəsi, fevralın 20-də Blinken Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə ikitərəfli danışıqlar aparacaq. Dövlət katibinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü gözlənilir.

Blinkenin dövlət katibi kimi Türkiyəyə ilk səfəri onun vəzifəyə başlamasından iki il sonraya təsadüf edir. Onun Hillari Klinton və Reks Tillerson də daxil olmaqla bəzi sələfləri Türkiyəyə vəzifədə olduqları ilk üç ay ərzində səfərlər etmişdilər. Analitiklərin fikrincə, bu, xüsusilə 2019-cu ildə Ankaranın Rusiyadan raketdən müdafiə sistemləri almasından sonra pisləşən münasibətlərin gərgin xarakterini göstərir.

24 saat

The post Entoni Blinken ABŞ Dövlət katibi vəzifəsində ilk dəfə Türkiyəyə səfər edir appeared first on 24 saat.

24 saat” “Entoni Blinken ABŞ Dövlət katibi vəzifəsində ilk dəfə Türkiyəyə səfər edir” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button