2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Erdoğan ABŞ sanksiyalarını sərt şəkildə pislədi


Türkiyə prezidenti Recep Tayyip Erdoğan dekabrın 16-da deyib ki, Ankara üzərinə Rusiya müdafiə sistemlərini aldığına görə ABŞ sanksiyalarının qoyulması ölkənin müdafiə sənayesini hədəfləməklə onun suveren haqlarına hücum məqsədi güdür.

Reuters agentliyinin xəbərinə görə o bildirib ki, belə cəhdlər sonunda heç bir nəticə verməyəcək.

ABŞ dekabrın 14-də Türkiyənin Müdafiə Sənayesi Müdirliyini və onun rəhbəri İsmayıl Demiri , habelə qurumun daha üç rəsmisini hədəfləyən sanksiyalar elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

 

“Bu necə müttəfiqlikdir?”

ABŞ-ın öz NATO müttəfiqinə qarşı addımı barədə ilk dəfə danışan Erdoğan deyib ki, bu sanksiyalardan doğan problemlərə üstün gəlinəcək.

Türkiyə prezidenti vurğulayıb ki, Ankara müstəqil müdafiə sənayesi qurmaq işini bundan sonra da sürətləndirəcək.

Erdoğan bildirib ki, ABŞ ilk dəfə olaraq bir NATO üzvünə sanksiyalar tətbiq edib:

“Bu necə bir ittifaqdır, bu necə bir müttəfiqlikdir? Səbəb guya Türkiyənin Rusiyadan S-400 müdafiə sistemi almasıdır. ABŞ öz əlindəki müdafiə sistemlərinin ölkəmizə satışına icazə vermir. F-35 qırıcılarının minə yaxın hissəsi Türkiyədə hazırlanır. ABŞ ehtiyacımızı başqa bir yerdən təmin etdiyimizə görə üstümüzə sanksiya silahı çəkib. Əsl məqsəd ölkəmizdə müdafiə sənayesinin nail olduğu sıçrayışın qarşısını almaq, onu yenidən özlərindən asılı vəziyyətə gətirməkdir”.

Vaşinqton bildirir ki, Türkiyənin Rusiyadan aldığı S-400 sistemi ABŞ-ın F-35 təkmil qırıcı təyyarələri üçün təhlükə təşkil edir və NATO-nun müdafiə sisteminə uyğyn deyidir.

 

Türkiyənin öz raket sistemi

Dekabrın 16-da Erdoğan ABŞ-ın narahatlığının arxasında texniki səbəblərin olmadığını bir daha dilə gətirib.

O xatırladıb ki, Türkiyə F-35 proqramından xaric edilsə də, bu təyyarələr üçün minədək hissə hazırlayır.

Bundan başqa Türkiyə ABŞ istehsalı olan F-35-lərdən yüzünü almalı idi.

Erdoğan çıxışının sonunda Türkiyənin öz istehsalı olan HISAR-A+ raket sisteminin videosunu nümayiş etdirib.

O bunu da qeyd edib ki, bu sistemin yaradılması Türkiyə üzərinə qoyulmuş başqa bir embarqoya görə ləngiyib.

Türkiyə prezidenti embarqonun hansı ölkə tərəfindən qoyulduğunu deməyib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button