2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ermənilər panikada: Qaçmaq istəyən 17 əsgəri güllələdilər, 750 gənc bir gündəölkədən çıxmaq istədi

ermeni1Aprelin 2-də cəbhə xəttində baş verən qanlı döyüşlərdə ermənilərin böyük itkilərə məruz qaldığından bəhs etmişik. Bu itkilər təkcə Azərbaycan mediasında yox, xarici mediada da təsdiqlənib. Baxmayaraq ki, Ermənistan tərəfi itki sayını gizlətməyə cəhd göstərir. Amma erməni KİV-ləri Sarkisyan hakimiyyətinin ağır duruma düşdüyünü, Azərbaycan ordusunun fədakarlığını etiraf etmək məcburiyyətində qalıb.
Avrasiya.net haynews.net-ə istinadən xəbər verir ki, qanlı döyüşlərdə Azərbaycan ordusunun ağır zərbələrinə düçar olan ermənilərin əksəriyyəti qorxudan silahları atıb qaçmaq istəyib. Saytın yazdığına görə, 17 erməni əsgər qaçmaq istərkən elə komandirləri tərəfindən yerindəcə güllələniblər. Güllələnən əsgərlərin meyitləri tanınmaz hala salınaraq morqlara yerləşdirilib, ailələrinə təhvil verilməyib. Bu gün isə erməni hərbi birləşmələrinə kömək məqsədilə 102-ci hərbi bazadan 500 rus əsgər göndərilib.
Daha bir xəbər isə Ermənistanda səfərbərliyin elan edilməsindən qorxan gənclərin ölkəni tərk etmək məcburiyyətinin qarşısının alınması ilə bağlıdır. Bu gün səhər ölkəni tərk etmək istəyən 750 erməni gənc sərhəddən buraxılmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button