2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Ermənistan Rusiyanın Dağlıq Qarabağla bağlı təkliflərini həyata keçirəcəyini gözləyir”

Yayımlandı: 5 Noyabr 2022 17:07

Armen Qriqoryan: “Ermənistan bir çox cəhətdən yalnızdır”

“Biz bir neçə dəfə çalışmışıq ki, Rusiyanın təkliflər paketi dəqiq ifadə olunsun, orada Dağlıq Qarabağ münaqişəsindən danışılsın. Rusiya Soçi bəyanatına Dağlıq Qarabağ haqqında qeyd daxil etməyi vəd etsə də, bu, baş verməyib. Ermənistan Rusiyanın Dağlıq Qarabağla bağlı təkliflərini həyata keçirəcəyini gözləyir”.
Ermənistanın Dövlət Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan “Factor TV”-yə müsahibəsində deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Ermənistan öz yanaşmalarını və gözləntilərini təqdim edib və gözləyir ki, Rusiya tərəfi onları reallaşdırmaq üçün çalışacaq. Rusiya açıq şəkildə bəyan edib ki, Ermənistan tərəfi üçün yaxşı təklifləri var. Ermənistan bu gündəliyi tam dəstəkləyir. Burada Rusiyanın vəzifəsi təklifləri reallaşdırmaqdır. Biz həmçinin sülhməramlıların Dağlıq Qarabağda yerləşməsi haqqında dəqiq qeyd olmasını istəyirdik, amma yekun bəyanatda bu da əksini tapmayıb”.

Təhlükəsizlik Şurasının katibi bəyan edib ki, Ermənistan həll yollarının tapılması və regiona uzunmüddətli sülhün gətirilməsi istiqamətində bütün tərəfdaşları ilə eyni intensivliklə işləməyə davam edəcək:

“Ermənistan bir çox cəhətdən yalnızdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından lazımi reaksiya yoxdur. Təbii ki, Ermənistan heç vaxt dəhliz verməyəcək, biz bilirdik ki, bu yaxınlarda təcavüzün səbəblərindən biri Ermənistanın dəhliz verməkdən imtina etməsi idi və onlar Ermənistana təzyiq göstərməyə çalışırlar”, – Qriqoryan bildirib.

2022-ci il oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub.

Görüşün yekunları üzrə birgə bəyanatda deyilib ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşmasına, Cənubi Qafqazda sülhə, sabitliyə, təhlükəsizliyə sadiqliklərini bildiriblər. Tərəflər güc tətbiqindən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə razılaşıblar.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button