2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Ermənistanda itkin əsgərlərin valideynləri yenə etiraza çıxıblar


İtkin düşmüş əsgərlərin valideynləri Yerevanda daha bir etiraz aksiyası keçiriblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun fevralın 11-də xəbər verib ki, onlar Respublika meydanına bitişik küçəni bir saat müddətində bağlayıblar.

Paralel olaraq hökumət evinin qarşısında etiraz aksiyası keçirənləri günorta saatlarında baş nazir aparatının rəhbəri Arsen Torosyan qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin itkin əsgər valideynləri bu görüşdən razı qalmayıblar.

“Hələ şükür edin ki, əsirləri beş-beş qaytarırıq”

Artıq iki aydır ki, bacısı oğlunu axtaran Arsen Qukasyan deyib:

“Söhbət əsirlərin qaytarılmasından gedirdi. Arsen Torosyan dedi ki, onlar hər dəfə 5 nəfəri geri alırlar və biz şükür etməliyik ki, hələ onlar da gətirilir”.

Lakin Arsen Torosyan sonradan Facebook səhifəsində yazıb ki, o sözlərinin düzgün başa düşülmədiyinə görə təəssüf hissi keçirir.

Aparat başçısının sözlərinə görə o, itkin düşmüş əsgərlərin yaxınlarını bir az da səbirli olmağa çağırıb.

Torosyan bildirib ki, hökumət bu məsələnin həlli üçün əlindən gələni əsirgəmir.

 

“Onlar bizə heç tüpürmək də istəmirlər…”

Lakin itkin əsgərlərin qohumları hökuməti fəaliyyətsizlikdə ittiham edirlər.

Onlardan biri deyib:

“Artıq üstündən 100 gün keçib, biz səlahiyyətli orqanların oğullarımızı qaytarmasına nail ola bilmirik. Belə bir təəsürat yaranır ki, onlar bizə heç tüpürmək də istəmirlər”.

Bacısı oğlunu axtaran Arsen Qukasyan Qarabağdan dünən qayıtdığını deyir.

O iddia edir ki, müharibə qurtarandan sonra sağ qalan və kömək istəyən əsgərlər olub, amma onların köməyinə heç kəs getməyib:

“Noyabrın 23-də Arut Qaraxanyan zəng edib və deyib ki, filan kvadratda bu qədər əsgər var…Müharibədən sonranı deyirəm…Onlar zəng eləmişdilər və deyirdilər ordadırlar, kömək istəyirdilər. Heç bir kömək edilmədi. Bundan sonra bizə təzəcə güllələnmiş 30 əsgərin meyitlərini verdilər…”

 

3545 meyit ekspertizadan keçirilib

Bundan bir gün əvvəl, fevralın 11-də Şirak vilayətinin bir qrup sakini kəndarası yolları bağlamışdı.

Onlar Hadrut yaxınlığındakı Çaylaqqala kəndində əsir düşənlərin qaytarılmasını tələb edirdilər.

Azatutyun yazır ki, onların 62 nəfərindən yalnız 7-si qaytarılıb.

Azərbaycan tərəfi 10 noyabr razılaşmasından sonra tutulanları hərbi əsir hesab etmədiyini bildirib.

Bu da qeyd olunur ki, 13 noyabrdan bəri döyüş yerlərindən 1371 meyit tapılıb.

Hazırda Hadrut rayonunda meyitlərin axtarışı davam etdirilir.

Ermənistan Səhiyyə Nazirliyinin ən son məlumatına görə indiyədək tibb ekspertizasından 3545 meyit keçirilib.

Qarabağ separatçıları həlak olmuş döyüşçülərin 2232 nəfərlik siyahısını dərc ediblər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button