2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ermənistanda metro işçiləri müxalifətə qoşuldu

Paşinyan: “Baş nazir vəzifəsi hakim partiyada qalsa, seçkiləri boykot edə bilərik”


Ermənistanda Metropoliten əməkdaşları müxalifətin kütləvi aksiyasına qoşulublar.

Bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

Bildirilir ki, Karen Dəmirçyan adına Yerevan metropoliteninin əməkdaşları tətil elan ediblər. Yerevan metrosunun bütün stansiyaları bağlanıb.

Mayın 1-də Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq etmədikdən sonra müxalifət lideri xalqı vətəndaş itaətsizliyinə çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistanda müxalifət lideri Nikol Paşinyan ölkədə gözlənilən erkən parlament seçkilərinin boykot edilməsini istisna etmədiyini bildirib.

N. Paşinyan deyib ki, əgər baş nazir vəzifəsində Respublika Partiyasının nümayəndəsi qalacaqsa, bu halda seçkilər boykot ediləcək. “Hər şey atmosferdən asılıdır. Biz boykotu istisna etmirik, lakin bu gün Respublika Partiyasının hakimiyyətdə qalmaq üçün heç bir şansı yoxdur”, – deyə o, bəyan edib.

N. Paşinyan qeyd edib ki, hakim partiya ölkədə yaranmış vəziyyəti dərk etmir: “Mənə indi məlumat verildi ki, Yerevana gələn bütün yollar bağlanıb. Paytaxtın özündə də yollarda, metroda, dəmir yolunda hərəkət dayandırılıb, aeroporta gedən yol qapadılıb”.

Qeyd edək ki, mayın 1-də Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq etmədikdən sonra müxalifət lideri xalqı vətəndaş itaətsizliyinə çağırıb.(APA)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button