2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ermənistanın Qazaxla həmsərhəd Tavuş bölgəsində rusiya sərhədçiləri yerləşdirilib

Ermənistanın Tavuş vilayətində, Əskipara kəndinin yerləşdiyi rayonda Rusiya sərhədçiləri yerləşdirilib.

Bu barədə, AzadlıqRadiosunun Ermənistan xidməti avqustun 5-də Ermənistanın Müdafiə Nazirliyi-nə istinadla məlumat yayıb.

Kütləvi informasiya vasitələrinin nazirliyə istinadla verdikləri məlumatlara görə, bu ərazidə yerləşdirilmiş Rusiya sərhədçiləri artıq arxa cəbhədə sərhədçilər üçün köməkçi obyektlərin tikintisinə başlayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə bu proses, Ermənistanla Rusiya arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, 44 günlük son Qarabağ savaşı və 3 tərəfli atəşkəs razılaşmasından sonra, mətbuatda, Ermənistanın Tavuş vilayəti ilə həmsərhəd olan Azərbaycanın Qazax rayonunun anklav kəndlərinin yenidən Azərbaycana qaytarılması barədə məlumatlar dolaşır. Hələlik bu məsələylə bağlı son durum barədə elə bir rəsmi açıqlama yoxdur.

Qazax rayonunun işğal olunmuş 7 kəndi.

Qeyd edək ki, 1992-ci ildə Azərbaycanın Qazax rayonunun 7 kəndi – Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal olunub.

Bu kəndlərdən üçü – Sofulu, Barxudarlı və Yuxarı Əskipara Azərbaycanın Ermənistan ərazisindəki anklavlarıdır.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və həmin il noyabrın 9-da imzalanmış 3 tərəfli atəşkəs razılaşmasması ilə, Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Qarabağdakı erməni icmasının yaşadığı Azərbaycan əraziləri ilə Azərbaycan ordusu arasındakı təmas xəttində isə Rusiya hərbçiləri yerləşdirilib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button