2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Fazil Məmmədovun həbsinə hazırlıq gedir?

Sabiq vergilər naziri Fazil Məmmədovun həbsinə hazırlıq edir. Bu iddia bir neçə gündür ki, yerli mediada əsas müzakirə mövzusudur.

Fazil Məmmədov ötən ilin dekbarın 5-də tutduğu vəzifədən azad edilib. Onun işdən çıxarılması və yerinə təyinat ictimaiyyət üçün gözlənilməz olub. Qeyd edək ki, yeni vergilər naziri Mikayıl Cabbarovdur.
Onun bu vəzifəyə təyin olunmasından sonra sələfinin kadrlarını kütləvi şəkildə işdən çıxarması, həmçinin Fazil Məmmədovun əmlakları ilə bağlı məlumatların mediaya ayaq açması, 9 şirkətin Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentini məhkəməyə verməsi sabiq nazirin həbsinə hazırlıq kimi qiymətlənrilir. Məlumat üçün deyək ki, Mikayıl Cabbarov bir gündə Vergilər Nazirliyinin 64 rəhbər şəxsinin işdən çıxarıb. Bu şəxslərin əhəmiyyətli hissəsi Fazil Məmmədova yaxın şəxslərdir. “Təmizləmələrin” hələ davam edəcəyi bildirilir.

Bəzi xəbərlərə görə, Mikayıl Cabbarov yalnız Fazl Məmmədovun kadrlarını işdən çıxarmaqla məşğul deyil. Yeni nazir sələfinin fəaliyyətini də ciddi araşdırır. Təbii ki, “yuxarılar”ın göstərişi əsasında. Fazil Məmmədovun ölkədən çıxışına da qadağa qoyulduğu yayılan məlumatlar sırasındadır. Bütün bunlar onu deməyə əsas verir ki, Fazil Məmmədov heç də səhhətindəki problemlərlə əlaqədar istefa verməyib. Əslində keçmiş nazirin özü də “səhhətimdə az problem var” deməklə səhhətinə görə istefa vermədiyinə ürkək şəkildə eyham etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan başqa, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, hazırda həbs olan Cahangir Hacıyev də istefa verəndə bunu səhhətilə əlaqələndirmişdi. Sonradan nələrin baş verdiyi hər kəsin yadındadır.
Fazil Məmmədovla bağlı da oxşar prosesin baş verəcəyi istisna olunmur. Mümkündür ki, seçki ərəfəsində onun həsbi planı işə düşsün…
Az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button