2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Gələn il dövlət büdcəsindən təhsilə ayrılan vəsait artırılacaq

Yayımlandı: 25 Oktyabr 2022 16:11

Ekspert: “Büdcədən ayrılan pulları təyinatı olmayan istiqamətdə xərcləyirlər”

2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur.
Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sənəddə bildirilib ki, bu rəqəm 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz çoxdur.

2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur.

Həmçinin qeyd olunub ki, gələn il dövlət sifarişilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir.

Təhsil eksperti Nabatəli Qulamoğlu hesab edir ki, təhsilə ayrılan büdcə yetərli deyil:

“Gələn ilin büdcə layihəsinə nəzər salanda maraqlı mənzərə yaranır. Dövlətin əmək pensiyalarını artıranda xəsislik etdiyi hamıya məlumdur. 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulub. Daha bir müqayisə, hüquq mühafizə orqanları üçün büdcədən 5,3 milyard vəsait nəzərdə tutulub. 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur. Bu müqayisədən sonra təhsilə ayrılan pulun hansı səviyyədə olduğunu aydın görürük”.

Mənbə: Azadlıq Radiosu

Ekspert onu da qeyd edir ki, təhsilə ayrılan pullar az olmaqla yanaşı, həm də təyinatı üzrə xərclənmir:

“Büdcədən ayrılan pulları dağıdırlar, müxtəlif, təyinatı olmayan istiqamətdə xərcləyirlər. Hesablama aparmışıq ki, ildə hər bir şagirdə dövlət bücəsindən 2850 manat pul düşür. Əgər həmin pulu hər bir valideynə versələr, öz uşağına repititor tutub, yaxşı öyrədə bilər”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button