2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Gələn il ehtiyac içində olan əfqanların sayı 5 milyon artacaq


 

BMT-nin hesablamasına görə, gələn il Covid-19 pandemiyası və münaqişələrin artması səbəbindən köməyə ehtiyacı olan əfqanların sayı 5 milyon nəfər artacaq.

Ehtiyac yüksəlir və “təcili maliyyə lazımdır”, – Baş katibin Humanitar Məsələlər üzrə köməkçisinin vəzifəsini icra edən Rameş Racasingam dekabrın 15-də mətbuat konfransında  deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Əfqanıstandan səfərdən qayıtmış Racasingamın sözlərinə görə, bu ölkədə adətən sərt keçən qış vəziyyəti daha da ağırlaşdıracaq.

O, humanitar yardıma ehtiyacın artmasını “Covid-19 böhranının, münaqişələrin və məcburi köçkünlərin çoxalmasının” nəticəsi adlandırıb.

“2020-ci ildə 11 milyon nəfər üçün dəstək istəmişdik, gələn il onların sayı 16 milyona çatacaq”, – Racasingam vurğulayıb.

Əfqanıstan Prezidenti Aşraf Qani dekabrın 15-də deyirdi ki, Taliban qruplaşması ilə sülh danışıqlarının Qətərdən Əfqanıstana keçiriləcəyinə ümid edir. Onun sözlərinə görə, danışıqların Dohada dəbdəbəli otellərdə keçirilməsi əfqan xalqına təhqirdir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button