2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Gürcüstan Muxtarlının oğurlanmasından sonra demokratiyaya iddia edə bilməz”

Gürcüstanın keçmiş müdafiə naziri Tina Xidaşeli hesab edir ki, Gürcüstan hökumətinin azərbaycanlı jurnalist Əfqan Muxtarlı ilə bağlı açıqlaması heç inandırıcı deyil.

Onun fikrinə görə, ərazisində insan oğurlanan ölkə demokratiyaya iddia edə bilməz.

Saytların yığılması Saytlarin yigilmasi

“Ərazisində insan oğurlanaraq bir zaman siyasi təhlükə səbəbindən qaçmış ölkəyə aparılırsa, onda bu ölkə demokratiyaya iddia edə bilməz. Buna görə də düşünürəm ki, bu müddət ərzində artıq hökümət sübutları ictimailəşdirməli, oğurlanan insanın hərəkətini əks etdirən videomaterial yaymalı idi.

Hesab edirəm ki, heç bir situasiya hökumətə bəraət qazandırmır. Bir variant odur ki, Gürcüstan hökuməti baş verənlərdə iştirak edib, hansı ki, bu, katastrofadır, ikinci variant odur ki, hökumətin bu işdə iştirakı yoxdur, başqa ölkə onun ərazisində xüsusi əməliyyat keçirib, bu, daha böyük maşstabda katastrofadır. Ölkə əhalisinin nə baş verdiyini bilmək haqqı var və bu işdə əli olanlar mütləq məsuliyyətə cəlb olunmalıdır”, – Tina Xidaşeli bildirib.

ilkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button