2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Gürcüstanı separatçı regionları qaytarmağa çağırırlar

Ukraynadan deputat Oleksiy Honçarenko da fevralın 26-da gürcüstanlıları silaha sarılmağa çağırıb

Saytların yığılması Saytlarin yigilmasi

AzadlıqRadiosu-nun Gürcüstan xidməti ölkənin 2008-ci ildə Rusiya ilə müharibədə itirdiyi torpaqları geri qaytarmaq çağırışları səsləndiyini yazır. Bu günlərdə yayılmış videoda dörd silahlı gürcüstanlıları Ukraynadakı vəziyyətdən istifadə etməyə çağırır.

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qarşı müharibə başladıb.

“Bu gün Ukrayna qaynayır, biz gürcüstanlıların torpağımızı qaytarması üçün nadir fürsət yaranıb”, – videodakıların biri deyir. Sosial mediada yayılmış videonun Ukraynada çəkildiyi görünür.

Ukrayna 52 ölkədən 20 min könüllünün müharibədə savaşdığını bildirir.

Gürcüstanın Şimali Osetiya və Abxaziya separatçı bölgələri hazırda Rusiyanın nəzarətindədir.

“Rusiya əsgərləri ilə açıq qarşıdurmaya aparar”

ABŞ kəşfiyyatı Rusiyanın Ukraynada istədiyinə hələlik nail olmadığını bildirir. Amma bunun Gürcüstan üçün fürsət olması şirin xəyaldan başqa bir şey deyil, Beynəlxalq Böhran Qrupunun regional təhlilçisi Olesya Vartanyan deyib.

“İstənilən belə addım separatçı regionlardakı Rusiya əsgərləri ilə açıq qarşıdurmaya aparar”, – Vartanyan radioya elektron məktubunda yazıb. O, hazırda Rusiyanın Abxaziya və Cənubi Osetiyada 8 minədək əsgəri olduğu bildirir.

Gürcüstan 2008-ci ilin avqustunda Cənubi Osetiyanı yenidən nəzarətə almağa çalışıb. Bu bölgə 1990-cı illərdə Gürcüstana qarşı separatçı müharibəyə başlamışdı.

Rusiya isə həm Cənubi Osetiya, həm də Abxaziyaya qoşun yeritdi, 190 min nəfər məcburi köçkünə çevrildi. Moskva bu region “müstəqil” dövlətlər kimi tanıyır, hər ikisində hərbi kontingent saxlayır.

Sanksiya qaldılır

Gürcüstan hakimiyyəti Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacağını bəyan edib, özünün milli maraqlarını, gürcü istehsalçılara potensial ziyanı əsas gətirib.

Ola bilsin, bu səbəbdən, 3.7 milyonluq Gürcüstan Rusiyaya “qeyri-dost ölkələr” siyahısına salınmayıb. Siyahıda Aİ, ABŞ, Britaniya, Kanada və onlarla digər ölkə var.

Martın 5-də Gürcüstanda süd və süd məhsullarının idxalına sanksiya qaldırılıb.

Ukrayna parlamentinin sədri Ruslan Stefançuk bununla bağlı deyib ki, “küçələrə çıxan Gürcüstan xalqının sizin çirkli sövdələşmələri deyil, Ukraynanı dəstəklədiyini görmürsünüzmü?”

İctimai təzyiq

Milyarder Bidzina İvanişvilinin təsis etdiyi hakim Gürcü Arzusu partiyası ölkədə korrupsiya, demokratik geriləmə, Rusiya siyasətinə rəğbətinə görə tənqid olunur. Elə Rusiyaya sanksiya tətbiq edilməməsi də bu rəğbətlə izah olunur.

Amma çoxları hökumətə qəzəblidir. Ukraynada müharibə başlayandan onminlərlə insan küçələrə axışır, Ukraynaya dəstək nümayişləri keçirir.

Martın 1-də Tbilisidə parlament qarşısında Baş nazir İrakli Qaribaşvili və hökumətinin istefası tələb olunub. Etirazçılar deyiblər ki, Prezident Volodimir Zelenskinin Ukrayna səfirini Gürcüstanda geri çağırmasına görə xəcalət çəkirlər. Səbəb Gürcüstan rəsmilərinin Ukraynaya getmək istəyən könüllülərə “mane” yaratması idi.

İctimai təzyiq sözünü deyib. Gürcüstan martın 2-də Moldovayla birlikdə Avropa İttifaqı üzvlüyü üçün rəsmi müraciət edib.

Deputatın çağırışı

24 saat” “
Gürcüstanı separatçı regionları qaytarmağa çağırırlar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button