2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Həkim Azərbaycanda kadr böhranının yaşandığını deyir

Yayımlandı: 21 Dekabr 2022 15:48

Aydın Əliyev: “Nəinki regionlarda, ümumilikdə Azərbaycanda həkim qıtlığı yaranıb”

“Hazırda nəinki regionlarda, hətta Bakıda da həkim böhranı başlanır. Tədbir görülməsə, önümüzdəki illərdə çox ciddi kadr çatışmazlığı ilə rastlaşacağıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə Azərbaycan Həkimləri Birliyinin sədr müavini, radioloq-həkim Aydın Əliyev deyib.

O, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması məqsədilə görülən işlər barədə fikirlərini şərh edərkən belə deyib.

Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, xaricdə təhsil almış Azərbaycan vətəndaşı olan həkimlərin ölkəyə geri qayıtması istiqamətində işlər görülür.

Onun sözlərinə görə, xaricdə təhsil almış 60-a yaxın azərbaycanlı həkim Bakı, Sumqayıtla yanaşı, Gəncədə fəaliyyət göstərməyə başlayıblar.

Aydın Əliyev isə hesab edir ki, nəinki regionlarda, ümumilikdə Azərbaycanda həkim-mütəxəssis qıtlığı yaranıb:

Foto: İTV

“Həkimlər var ki, aylarla sığorta əlavələrini almayıblar. Maaşa qulluq edirlər. Onlar rəhbərlik tərəfindən təzyiqlərə məruz qalırlar. Haqq sözlərini deyə bilmirlər. Ona görə də gənc mütəxəssislər məcbur alman dilini öyrənirlər. Almaniyaya gedib, təzədən rezidentura oxuyub, diplomu təsdiq edirlər ki, orada işləsinlər. Çünki orada həkimlərin maddi-rifahı Azərbaycandan qat-qat üstündür”.

Həkim hesab edir ki, regionlarda səhiyyənin, tibbi xidmətin səviyyəsini qaldırmaq üçün maddi stimul olmalıdır:

“Bölgələrdə həkimlərin məvacibi ən azı iki-üçqat daha artırılmalıdır. Mənzillə təmin edilməlidir ki, həkim də gedib regionlarda işləsin”.

Adil Qeybulla: “Maaş sistemi normal olmalıdır ki, azərbaycanlı həkimlər vətənə qayıtsınlar”

Azərbaycan Həkimləri İctimai Birliyinin sədri, tibb elmləri doktoru Adil Qeybulla da deyir ki, Azərbaycanda tibb kadrlarının çatışmazlığı var. Səbəb isə maaşların aşağı olmasıdır:

“Başqa sahələrə nisbətən tibbin ağırlığına baxmayaraq, maaşlar adekvat səviyyədə deyil. Ona görə də həkim çatışmazlığı problemi yaranır. Xaricdə təhsil alan milli kadrların ölkəyə cəlb olunması üçün bir sıra tədbirlər görülməlidir. Maaş sistemi normal, ən azı, xarici standartlara uyğun olmalıdır ki, azərbaycanlı həkimlər oranı qoyub, vətənə qayıtsınlar. Həmçinin səhiyyə Qərb standartları səviyyəsində bir sistemə çevrilməlidir”.

Adil Qeybulla
Adil Qeybulla, Foto: Meydan TV

“Donor bankının qurulması, orqan nəqli, səhiyyə müəssisələrinin rayon və şəhər arasındakı ixtisaslaşma fərqinin aradan qaldırılması tələbləri var ki, bunlar hamısı reallaşdırılmalıdır. Bütün bunlar sistemləşdirilməlidir ki, xaricdə təhsil alan və yaxud da işləyən azərbaycanlı həkimlər burada da Qərb standartlarına uyğun çalışa bilsinlər”, – deyə həkim qeyd edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button