2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Həkimi Mixeil Saakaşvilinin xəstəxanaya yerləşdirilməli olduğunu deyib

Oktyabrın 1-dən Gürcüstanda həbsdə olan və aclıq aksiyası keçirən keçmiş prezidenti Mixeil Saakaşvilinin həkimi bazar günü televiziya müsahibəsində onun vəziyyətinin pisləşdiyini və xəstəxanaya yerləşdirilməli olduğunu bildirib.

8 ildən sonra Gürcüstana qayıdan Saakaşvili oktyabrın 1-də həbs edilərək, Rustavi şəhərindəki həbsxanaya aparılıb.

2018-ci ildə Saakaşviliyə qarşı qiyabi olaraq prezidentlik dövründə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Son illər Ukraynada yaşayan Saakaşvili həbs ediləcəyini bilə-bilə, oktyabrın 2-də keçiriləcək yerli seçkilərə görə Gürcüstana qayırmaq planını açıqlamışdı. O, uzun sürən siyasi böhran şəraitində olan “ölkəni xilas etmək” istədiyini demişdi.

Həkimi Nikoloz Kipşidze Saakaşvilinin vəziyyətini paytaxt Tbilisidən bir qədər aralıda yerləşən həbsxana həkimləri ilə müzakirə etdiyini deyib.

“Onlarla bu gecəni necə keçirəcəyi barədə həkimlərlə yarım saat danışdım. Sabah onu yenidən ziyarət etməyi planlaşdırıram. Yəqin ki, onu xəstəxanaya köçürməliyik” – deyə, həkim Gürcüstan televiziyasına verdiyi müsahibəsində bildirib.

Həbsxana rəhbərliyi hələ heç bir şərh verilməyib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button