2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Həmməruzəçilər müxalif liderlərlə görüşüb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakıda səfərdə olan həmməruzəçiləri Stefan SchennachCezar Florin Preda bu gün, iyunun 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşüb.

Azərbaycandakı ictimai-siyasi durum, insan haqları, ifadə azadlığı və, siyasi məhbus sayılan şəxslərin məsələsi görüşün əsas müzakirə mövzuları olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu haqda AzadlıqRadiosu-na Müsavat başqanı Arif Hacılı xəbər verib.

Buna da bax:​ Fazil Mustafa: ‘Gözləyək, görək nə qərar verəcəklər’ [yenilənib]

Həmməruzəçilər Azərbaycandakı təmasları barədə müxalif partiya liderlərini bilgiləndirib. A.Hacılının sözlərinə görə, həmməruzəçilərin hökumət rəsmiləri ilə təmaslarında siyasi məhbus məsələsi prioritet olub.

Müsavat başqanı bildirib ki, görüşdə siyasi məhbus probleminin çözümünün önəmi vurğulanıb. Bununla yanaşı, seçki islahatları, söz, mətbuat, sərbəst toplaşmaq azadlıqları istiqamətində ciddi addımların atılmasının vacibliyi qeyd edilib.

Arif Haclının deməsinə görə, həmməruzəçilər Azərbaycandakı son hadisələrdən – xüsusilə jurnalist Əfqan Muxtarlının, AXCP sədrinin müavini Gözəl Bayramlının və bloqqer Mehman Hüseynovun həbsindən detallı xəbərdar olduqlarını bildiriblər.

Buna da bax:​ Taleh Bağırov AŞPA məruzəçiləri ilə görüşmək istəyir

Onlar iyunun 13-də isə cəzaçəkmə müəssisələrində bəzi siyasi məhbus sayılan şəxslərlə görüşüb müzakirə aparacaqlarını deyiblər.

Stefan Schennach və Cezar-Florin Preda iyunun 12-də Bakıda görüşlərə başlayıblar. Onlar Azərbaycana burdakı demokratik təsisatların durumu ilə bağlı hesabat hazırlamaqdan ötrü səfər ediblər.

Həmməruzəçilər səfər çərçivəsində prezident İlham Əliyevlə görüşəcəklər. Milli Məclis sədri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Baş prokuror, ali və Konstitusiya məhkəmələrinin sədrləri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi, ombudsman ilə görüş də səfər proqramına daxildir.

Buna da bax: ‘Həmməruzəçilər İlqar Məmmədovla bağlı ümidverici danışdılar’

Səfər iyunun 14-də başa çatmalıdır.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan üzərinə insan hüquqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və başqa məsələlərlə bağlı öhdəlik götürüb. Götürülən bu öhdəliklərlə bağlı monitorinqlər davam edir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button