2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Hakimiyyətin Avropa Məhkəməsi ilə bağlı planı

Azərbaycan hakimiyyəti Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) ölkəmizlə bağlı qərarlarının icrasını dayandırmaq niyyətindədir. Az24saat.org xəbər verir ki, artıq bununla bağlı qanun layihəsi də hazırlanıb. İki ildir müzakirəsi təxirə salınan layihənin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacağı bildirilir.

Məlumat üçün deyək ki, sənəd “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi adlanır.

Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarını icra etməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.
Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə BMT, ATƏT, Avropa Şurası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və digər beynəlxalq qurumların üzvüdür.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, qanun layihəsi ilk dəfə 17 mart 2016-cı ildə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılaraq bəyənilsə də, qərar olaraq bildirilib ki, qanunvericilik prinsiplərinə əsasən qanun layihəsi 63 deputatın razılığı olandan sonra MM-in plenar iclasına tövsiyə edilə bilər.

Qanun layihəsinin müzakirəsi o vaxtdan təxirə düşüb.
Ekspertlər isə ehtimal edir ki, layihənin təxirə salınması beynəlxalq təzyiqlərlə əlaqədar ola bilər. “Görünür hakimiyyət artıq bu təzyiqləri neytrallaşdıra bilib. Bu baş verməsə belə, Azərbaycan hakimiyyəti ona ciddi problem yaradan Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməmək haqqında düşünmək məcburiyyətində qalıb. Hökuməti xüsusilə narahat edən siyasi işlərdir”.
Ekspetlər REAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı işi nümunə gətirərək hakimiyyətin çətin vəziyyətə düşdüyünü bildirir: “Digər siyasi məhbuslarla bağlı da oxşar hal yaşana bilər. 2018-ci il seçki ilidir. Güman ki, bu il hakimiyyət Avropa Məhkəməsinin daha bir neçə səs-küylü qərarı ilə üz-üzə qala bilər. Görünür, hakimiyyət də bunun fərqindədir. Ona görə də layihəni müzakirəyə çıxarmaq zərurəti hiss edib”.
Az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button