Bizim tərcümə

Hindistanda körpü faciəsi… Uçulma anı kameralara belə düşüb!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-31 11:33:48

Ötən gün yerli vaxtla saat 18:30 radələrində Hindistanın Qucarat ştatının Morbi şəhərində Maççhu çayı üzərindəki asma körpü uçub.

Təxminən 400 nəfərin olduğu təxmin edilən körpünün uçması nəticəsində ölənlərin sayının 141-ə yüksəldiyi bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Səlahiyyətlilər tərəfindən edilən açıqlamada hadisə nəticəsində ən az 177 nəfərin xilas edildiyi, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Hadisənin təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb. Ətrafdakıların lentə aldığı kadrlarda insanların dağılmış körpüdən yapışaraq qışqıraraq kömək istəməsi, bəzilərinin isə suya düşdüyü görünür.

Təxminən 230 metr uzunluğunda olan körpünün 19-cu əsrdə Britaniya koloniyası dövründə tikildiyi və 6 aylıq təmirdən sonra oktyabrın 26-da yenidən istifadəyə verildiyi bildirilir.

Körpünün hansı səbəbdən dağıldığı hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button