2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İcra hakimiyyətləri ləğv ediləcəkmi? – AÇIQLAMA

Sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra idarəetmə sistemində ciddi dəyişikliklər gözlənilməsi ilə bağlı, mətbuatda bir xeyli məlumatlar dolaşdı.

Qeyd olunurdu ki, idarəetmə islahatları ilk növbədə regional idarəetmə strukturunun təkmilləşdirilməsi və rayon (şəhər) icra hakimiyyətlərinin ləğvini nəzərdə tutur.

Saytların yığılması Saytlarin yigilmasi

Beləki hazırda ölkədə 11 respublika tabeli şəhər  (Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, NaftalanNaxçıvan (Muxtar Respublika tabeliyində), Sumqayıt, Şəki, Şirvan (keçmiş Əli Bayramlı) Yevlax), 66 rayon daxildir. Bakı və Naxçıvanı çıxmaq şərti ilə, qalan 9 şəhər mərkəz olmaqla 9 vilayətin yaradılması nəzərdə tutulması haqda məqalələr yazılırdı.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla əlaqə saxlayaraq bu yöndə müzakirələrin gedib-getməməsinə aydınlıq gətirdik.

Vahid Əhmədovun sözlərinə görə, regional idarəetmə strukturunun təkmilləşdirilməsi ilə bağlı prezident tərəfindən işlər görülür:

“Dünən də böyük bir fərman verildi. Bir sıra agentliklər və dövlət təşkilatları publik hüquqi şəxsə çevrildi. Bu da dövlət strukturunda olan islahatlarla əlaqədar idi. Bu prosses prezident tərəfindən həyata keçrilir. Bunu birdən-birə həyata keçirmək mümkün deyil. Burda insan resursları və digər məsələlər var. Regionlarla əlaqədar məslələr də gündəmdədir. Mətbuatda da bununla əlaqədar məlumtalar var. Bunun üzərində işlər gedir”.

Deputat bildirib ki, İcralar da  regional ola bilər:

“Ya da bir neçə rayonun birləşdirilməsi prinsipi ilə bu məsələ aparıla bilər. Bunlar hamsı dövlət başçısının səlahiyyətində olan məsələlərdir. Bunun üçün bölgənin iqtisadi vəziyyət və problemlərii düşünülür, hesablanır. Bundan sonra hər hansı bir qərar qəbul olunur”.(qaynarinfo.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button