2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İhsan Beşer: “Məqsədimiz azərbaycanlı iş adamları ilə əməkdaşlığı genişləndirməkdir”

“Kəmər, Yol və Orta Dəhliz” konfransını keçirməkdə məqsədimiz orta dəhliz üzərində yerləşən dövlətlərin iş adamlarını bir araya gətirərək əməkdaşlığı genişləndirməkdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu fikirləri “Report”un Ankara bürosuna Türkiyə-Çin Biznesin İnkişafı və Dəstək Assosiasiyasının sədri İhsan Beşer bildirib.

İhsan Bəşər vurğulayıb ki, Azərbaycan da bu layihənin önəmli təmsilçisi olduğuna görə, azərbaycanlı iş adamlarının cəlb olunmasında maraqlıdırlar:

“Bu layihəyə cəlb olunacaq iş adamlarını bir araya gətirərək müzakirələr aparmaq üçün sentyabrın 14-15-16-da Türkiyədə “Kəmər, Yol və Orta Dəhliz” konfransını keçirmək nəzərdə tutulub. Bu tədbiri əməkdaşlığımızı daha da möhkəmləndirmək və genişləndirmək, bir-birimizi daha yaxından tanımaq, ölkələrimizin imkanları haqqında ətraflı məlumat vermək üçün keçiririk. Tədbir dövlətlərin, səfirliklərin, medianın dəstəyi ilə baş tutacaq. Toplantıda müxtəlif strateji mövzular müzakirə ediləcək”.

Sədr Azərbaycanda səfərdə olarkən Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovla da görüşərək sözügedən tədbirlə əlaqədar danışıqlar apardıqlarını da vurğulayıb:

“Valeh Ələsgərov, sərgi və konqresə dəstək verəcəklərini ifadə etdi”.

Qeyd edək ki, tədbirlə əlaqədar Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov İhsan Beşeri qəbul edib, konfransla bağlı bir sıra məqamlara toxunulub.

Səfirlikdən “Report”a verilən məlumata görə, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri iyunun 5-8-də Ankaraya və İstanbula işgüzar səfər edəcək. Valeh Ələsgərovun İhsan Bəşərlə də təkbətək görüşü gözlənilir.

Xatırladaq ki, Türkiyə Çin Biznes İnkişaf və Dəstək Assosiasiyası 29 Noyabr 2018-ci ildə dövlət dəstəyi ilə qurulub.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button