2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlqar Məmmədov Avropa Parlamentinin məruzəçisi ilə görüşüb

“Görüşdə azadlığım haqqında hakimiyyətlə siyasi dialoqa dair bəzi tələblərimi təkrarən onun diqqətinə çatdırdım”

 

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Norica Nicolai hazırda həbsdə olan ReAl Partiyasının sədri İlqar Məmmədovla görüşüb. Görüş İlqar Məmmədovun cəza çəkdyi 2 saylı cəzaçəkmə müəssisəsində baş tutub.

Partiyanın yaydığı məlumatda (http://www.realpartiya.org/news/85/ilqar-memmedov-norica-nicolai-ile-gorusub) deyilir ki, İlqar Məmmədov görüş barədə belə deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Görüşdə azadlığım haqqında hakimiyyətlə siyasi dialoqa dair bəzi tələblərimi təkrarən onun diqqətinə çatdırdım. Hansı ki, vəkilim vasitəsilə ötən il çatdırdığım o tələblər rədd edilmişdi”.

İlqar Məmmədov 11 dekabr 2017-ci ildə vəkili vasitəsilə bu ismarıcı göndərmişdi:

“Bu gün vəkilim Fuad Ağayev ilə görüşdə Novruz Məmmədovun “danışıqlar” təklifinə baxdıq. Anlaşdıq ki, mənim haqlarımı hakimiyyət tərəfindən tam bərpa edəcək bəraətverici qərarın müqabilində Avropa Şurası Nazirlər Komitəsindən xahiş edə bilərəm ki, Konvensiyanın 46.4 maddəsi ilə əlaqədar Avropa Məhkəməsinə müraciətini geri çağırsın. Bu istiqamətdə qısa, konstruktiv, siyasi söhbətə Novruz Məmmədov razıdırsa, gəlsin danışaq”.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ də azadlığa buraxılmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button