2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İmtina cavabı alan müharibə iştirakçılarının əlillik təyinatına yenidən baxılacaq

Yayımlandı: 1 İyul 2022 14:04

Nazirlik rəsmisi: “Yenidən müraciət etsinlər, çünki bu, onların hüquqdur”

“İmtina cavabı alan qazilərin əlillik təyinatına yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İşçi Qrup yaradılıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyib.

Onun sözlərinə görə, kimlərin diaqnozları yeni meyarlara görə əlilliyə əsas verirsə, onların özləri müraciət etmədən işlərinə birtərəfli qaydada mütəxəssislər tərəfindən yenidən baxılacaq.

“Burada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyi ilə birgə iş aparılacaq. Göndərişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özü qazilərin müraciəti olmadan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərib. Siyahı bəllidir. Siyahının artıq 20 faizi artıq nəzərdən keçirilib. Prosesin əsas hissəsi bu ayın sonuna qədər yekunlaşacaq. Ümumi səbəblərdən əlilliklə bağlı müraciət edib imtina alan vətəndaşlara da yeni meyarların daha güzəştli olması səbəbi ilə müvafiq tibb müəssisələrinə müraciət etməsini tövsiyə edirik. Bu, onların hüququdur”, – Ülvi Hüseynov deyib.

2022-ci il iyunun 2-də bir qrup II Qarabağ müharibəsi iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

Onlar əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından şikayət ediblər:

Əlilliyə görə pensiya (aylıq) – I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə hər bir halda, II və III dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə isə sığorta stajına əsasən hüquqları yarandıqda əlilliyə görə pensiya ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Təyinat elektron qaydada aparılır.

Əlilliyə görə müavinət (aylıq) – əlilliyi müəyyən edilmiş şəxslərin pensiya hüququ olmadıqda I dərəcə əlilliyi olan şəxsə 220, II dərəcə əlilliyi olan şəxsə 180, III dərəcə əlilliyi olan şəxsə 120 manat məbləğində müavinət ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Təyinat elektron qaydada aparılır.

Xatırlama

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 (9) noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Laçın dəhlizində və Qarabağda təmas xəttində Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb.
Bu döyüşlərdə Azərbaycanın 3 min hərbi qulluqçu itirdiyi açıqlanıb.

Həmin müharibədən 4 il əvvəl, aprel ayında da bir neçə gün bölgədə ağır silahlar işə düşmüşdü.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button