2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İstanbulda çevriliş cəhdilə əlaqədar ilk məhkəmə başlayıb

Məhkəmə qarşısında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb


İstanbulda 15 iyul çevriliş cəhdilə əlaqədar ilk məhkəmə Silivri həbsxanasında başlayıb. Məhkəmədə 25 nəfəri həbsdə olmaqla, 29 polisin mühakiməsi gedir.
Onlar çevriliş cəhdi zamanı işə gəlməmək və ya çevriliş etmək istəməyən dostlarını və vətəndaşları fikrindən döndərməyə cəhddə ittiham olunurlar.
Doğan xəbər agentliyi (DHA) yazır ki, İstanbul Cumhuriyyət prokuroru Evliya Çalışkan, 59 səhifəlik iddianaməsində 21 polis haqqında “Çevrilişə cəhd” ittihamı ilə üç dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edib.
İstanbulun 22-ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilən iddianamədə isə 8 polisin “Terror təşkilata üzv olmaq” ittihamı ilə həbs edilməsi tələb olunur, agentlik yazır.
Onlar barəsində 7.5 ildən 12 ilədək həbs qərarı çıxarıla bilər.
Bu məhkəmə prosesi 4 gün davam edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button