2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İstintaq təcridxanasında jurnalist Şamo Eminovun vəziyyəti pisləşib

İstintaq təcridxanasında “Kanal-13” İnternet-TV-nin əməkdaşı Şamo Eminovun vəziyyəti pisləşib, jurnalistin xanımı Dürdanə Eminova martın 27-də təcridxanada onunla görüşdən sonra bildirib.

“Şamonun gözləri qızarmışdı,  əlləri əsirdi. Soruşdum ki, nə olub? Dedi ki, günahsız olduğu halda həbsdə qalmasına dözə bilmir və intihar etmək istəyir”, – Eminova deyib.

Bundan əlavə, jurnalistin qaraciyər və mədəsilə bağlı ciddi problemləri var. Bir neçə gün əvvəl ağzından qan gəlib. Xanımı Şamonun ən azı bir müddət tibb müəssisəsinə köçürülməsi üçün müvafiq orqanlara müraciət edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan öncə Dürdanə Eminova Şamonun əsassız həbsilə bağlı ombudsmana müraciət edib, həmçinin ölkə prezidentinə müraciət etmək niyyətindədir.

* “Kanal-13” ilə əməkdaşlıq edən jurnalist-frilanser  Şamo Eminov 22 dekabr 2023-cü ildə saxlanılıb. Məhkəmə onu “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı” (Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittihamı ilə üç ay müddətinə həbs edib

Bundan əvvəl, 27 noyabr 2023-cü ildə “Kanal-13”ün rəhbəri Əziz Orucov eyni ittihamla həbs edilib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button