Bizim tərcüməDünya

İyun ayından bu ölkədə adət halını alıb! Banka silahla basqın edib… Aldığı pul hesabında 30 min dollar olub.

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Livanda iyun ayından bəri davam edən silahlı və ya silahsız bank basqınlarına yenisi əlavə edilib. Bu dəfə bir əmanətçi silahla özəl banka basqın edərək hesabından 30 min dolları çıxarıb. Bu inanılmaz hadisənin təfərrüatları…

2019-cu ildən əmanət hesabları dondurulan vətəndaşların hüquqlarını qorumaq üçün Livanda dövlət tərəfindən yaradılan “Əmanətçilər Birliyi” öz Tvitter hesabında bank basqınının təfərrüatlarını paylaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Açıqlamada, təqaüdçü əsgər olduğu bildirilən, lakin adı açıqlanmayan əmanətçinin Livanın Cebel əyalətinin Hazımiye rayonunda özəl bir bankın şöbəsinə silahla basqın etdiyi bildirilib.

Təqaüdçü əsgərin hesabından 30 min dollar çıxara bildiyi bildirilən açıqlamada əmanətçinin saxlanılıb-saxlanılmaması ilə bağlı təfərrüatlar paylaşılmayıb.

2022-ci ilin iyun ayından bəri Livanda silahlı və ya silahsız bir çox əmanətçi xarici valyutalarını çıxarmaq üçün banklara basqın edir və bank rəsmiləri ilə danışıqlardan sonra pullarını geri götürürlər.

Pulunu çıxara bilən vətəndaşlar barəsində qanuni iş başlanılır, xarici ölkəyə qadağa qoyulur və onlar məhkəməyə qədər mühakimə olunurlar.

Ölkə daxilində 5 aydır davam edən bank basqınlarında indiyədək can itkisi və ya maddi ziyan olmadığı halda, təhlükəsizlik qüvvələri müdaxilə deyil, razı salmaqla əmanətçiləri bankdan çıxarmağa çalışır.

Livanda valyuta ehtiyatlarının əriməsinin qarşısını almaq üçün 2019-cu ildən bəri bütün xarici valyuta depozit hesabları dondurulub. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button