2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Jamanak” qəzeti:”Ermənistan 2017-ci ildə daha ağır itkilərlə üzləşəcək”

Ermənistan 2016-cı ili ağır şərtlərlə başa vurub. İflas bütün sahələrdə ən son həddə çatıb. Hətta hökumət dəyişikliyi də mövcud vəziyyətə təsir göstərməyib. Əksinə, ilin sonunadək böhran dərinləşib.

Rəsmi dairələr də inflyasiya prosesinin nəzarətdən çıxdığını, iqtisadi vəziyyətin ağırlaşdığını etiraf edirlər. Vətəndaşların sosial vəziyyəti daha da ağırlaşıb, onlar ifrat yoxsulluq həddində yaşayırlar. Ekspertlər bütün bunların səbəbini düzgün idarəetmə mexanizminin olmamasında görürlər.

“Jamanak” qəzeti yazır ki, Serj Sarkisyan özünün ölkənin baş naziri postuna gətirdiyi Karen Karapetyanın fəaliyyətindən narazıdır. Sarkisyan onun təyinatını prezident olduğu dövrdə ən ciddi səhvlərindən biri kimi dəyərləndirib, lakin bunun səbəblərini açıqlamayıb. Siyasi dairələrdə isə Sarkisyanın bu çıxışı birmənalı qarşılanmayıb. Bildirilir ki, hökumət daxilindəki çəkişmələr diqqəti vacib problemlərdən yayındırmaq məqsədi daşıyır. “Belə bir ölkənin gələcəyi yoxdur”, – yazan müəllif qeyd edir ki, 2017-ci il Ermənistanda ən acınacaqlı dövr olacaq. Bu il ölkə iqtisadi və siyasi kataklizmlərdən can qurtara bilməyəcək.  (Azərtac)

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button