Loading...
Loading...
SEÇMƏ

Kabildə Rusiya səfirliyinin qarşısında partlayış: 2 əməkdaş həlak olub

Yayımlandı: 5 Sentyabr 2022 13:08

“Ölənlər arasında Əfqanıstan vətəndaşları da var”

Sentyabrın 5-fə Əfqanıstanın paytaxtı Kabildə Rusiya səfirliyinin qarşısında partlayış olduğu bildirilir.

Hadisə nəticəsində səfiriyin 2 əməkdaşının həlak olduğu qeyd olunub.

Məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Nazirlik partlayışın Kabil vaxtılə saat 10:50-də olduğunu vurğulayıb.

“Rusiyanın Kabildəki səfirliyinin konsulluq bölməsinin girişinin bilavasitə yaxınlığında naməlum silahlı partlayıcı qurğunu işə salıb. Hücum nəticəsində diplomatik missiyanın iki əməkdaşı həlak olub, ölənlər arasında Əfqanıstan vətəndaşları da var”, – deyə nazirlik bildirib.

Meydan TV

Gözdən qaçırmayın:  “Polislər məni ömürlük şikəstə çevirdi”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button