2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Kişilərə 150 min “atan” qadına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində 150 min manat pulu dələduzluq etməklə ələ keçirməkdə təqsirləndirilən Aygün Rəhimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bizimyol.info xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Aygün Rəhimova 6 il müddətinə azadlıqdan məhrum edilib.

Aygün Rəhimova 3 epizod üzrə dələduzluq etməkdə təqsirli bilinib. İş üzrə ümumi ziyan 150 min manatdır. İttihamlara əsasən, o, Qüdrət Məmmədovdan şərikli biznes qurmaq adı ilə 85 min manat pul alıb. Lakin qadın onun etibarından sui-istifadə edərək verdiyi sözə əməl etməyib.

Daha sonra telefon biznesi adı ilə yenə Q.Məmmədovdan 14 min manat alıb. Lakin yenə o pulu mənimsəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan başqa, Aygün Rəhimova Surxay Məmmədovdan qızıl-zinət əşyalarının alqı-satqısını həyata keçirmək adı ilə 55 min manat alıb. Bu dəfə də Aygün Rəhimova verdiyi sözə əməl etməyib.

Zərərçəkmişlərin şikayəti əsasında Aygün Rəhimova həbs edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq) maddəsi ilə ittiham verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button