2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Kiyev Moskvanı Belarusu müharibəyə çəkmək cəhdində ittiham edir

Ukrayna hərbi-hava komandanlığının bəyanatında deyilir ki, sərhəd qoşunları bu təxribatın necə həyata keçirildiyinə dair detallı məlumata malikdir
Kiyev Rusiyanı sərhəd yaxınlığındakı Belarus yaşayış məntəqəsinə raket atmaqla Minski Moskvanın müdaxiləsinə cəlb etmək cəhdində ittiham edib.
Ukrayna hərbi-hava komandanlığının 11 mart bəyanatında deyilir ki, sərhəd qoşunları bu təxribatın necə həyata keçirildiyinə dair detallı məlumata malikdir.
Həmin məlumatda bildirilir ki, Belarusdan qalxan hərbi təyyarə Ukrayna sərhədini keçdikdən sonra geriyə – Belarus ərazisindəki Kopani kəndinə raket atıb.
Bundan əvvəl Qərbin bir sıra kəşfiyyat agentlikləri Ukraynaya müdaxilə zamanı dezinformasiyanın bir hissəsi kimi “saxta hücumlardan” istifadə ediləcəyi barədə xəbərdarlıq etmişdilər.
Ukrayna hərbi-hava qüvvələrinin komandanı deyib:
“Bu təxribatdır! Məqsəd Belarus silahlı qüvvələrini Ukraynada müharibəyə cəlb etməkdir”.

Belarus təkzib edir
Ukrayna hərbiyyəsi bildirir ki, həmin saxta əməliyyat zamanı Belarusun daha iki yaşayış məntəqəsi hədəflənib.
Bu xəbər Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenkanın Moskvada Vladimir Putinlə görüşdüyü vaxta təsadüf edib.
Ukrayna təhlükəsizlik xidmətinin bəyanatında deyilir:
“Biz rəsmən bəyan edirik: Ukrayna hərbiyyəsi Belarus Respublikasına qarşı heç bir təcavüz aktı planlaşdırmayıb və planlaşdırmır. Biz Belarus xalqına müraciət edirik: Cinayətkar müharibəyə cəlb olunmanıza yol verməyin”.
Maraqlıdır ki, Belarus tərəfi raket atılması xəbərinin ümumiyyətlə saxta olduğunu bildirir.
Belarus Müdafiə Nazirliyinin sözçüsü Ukrayna tərəfinin iddiasını rədd edib:
“Müdafiə Nazirliyi Belarus kəndinə raket zərbəsi endirilməsi barədə informasiyanı cəfəngiyyat kimi təkzib edir”.

24 saat” “
Kiyev Moskvanı Belarusu müharibəyə çəkmək cəhdində ittiham edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button