2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Köçkün ailəsi: “Çörəkpulumuzu kəsiblər, adımızı ev siyahısından çıxarıblar”

Yayımlandı: 11 Yanvar 2023 17:30

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi deyir, Şərafət İsmayılovanın adına ev var, şikayətçi isə deyir, heç nəyi yoxdur

“Deyirlər, sizə “çörək pulu” düşmür. Səbəbini isə izah etmirlər, ya da izah etməyə səbəb yoxdur. Uşaqları təkbaşına böyütmüşəm. İndi də şəkər zavodunda fəhlə işləyirəm, cəmi 276 manat maaş alıram.  Çox çətinliklə dolanırıq. Biz necə dolanaq? 5-10 manat çörəkpulunu da çox görürlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə Ağdamın Xındırıstan kənd sakini Şərafət İsmayılova deyir.

Şərafət İsmayılovanın həyat yoldaşı Kəlbəcərdən köçkün düşüb. İki övladı var. 15 il əvvəl həyat yoldaşından boşanıb, uşaqları təkbaşına böyüdüb. Ağdam sakini olsa da, hazırda İmişlidə bir daxmaya sığınıb. Çünki rayondakı şəkər zavodunda fəhlə işləyir. Bir müddət əvvəl köçkün ailələrinə verilən aylıq çörəkpuludan  məhrum olub: 

“Səhərdən axşama kimi işləyib 276 manat maaş alıram. O çörəkpulu da hardasa ailəyə kömək idi. Qızlarım böyüyüb, ancaq özlərinə münasib iş tapa bilmirlər. Bu bahalaşmanın, çatışmazlıqların içərisində bir də çörəkpulunu kəsiblər”.

Şikayətçi deyir, məsələ tək bununla bitmir. Bir gün xəbər tutub ki, onun adını ev növbəsi siyahısından da çıxarıblar:

“Özləri gəlib, siyahıya almışdılar, demişdilər ki, ev tikilir, yaxın vaxtlarda köçəcəksiz. Ev hazır olanda xəbər tutdum ki, hamıya paylanıb, mən qalmışam. Getdim “Qaçqınkom”a, dedilər, adın siyahıdan çıxarılıb”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirilib ki, Şərafət İsmayılovanın müraciəti qurumdakı müvafiq komissiya tərəfindən araşdırılıb. Məlum olub ki, Ağdamın Xındırıstan kəndində onun adına 3.02 hektar torpaq sahəsi və fərdi yaşayış evi var. “… Məcburi köçkünlərə yeni mənzillərin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən tənzimlənir. Qaydanın 2.11.2.-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən, ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir”.

Foto: Meydan TV

Aylıq müavinətin kəsilməsinə gəlincə qurumdan bildirilib ki, yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə vahid aylıq müavinətin verilməsi şamil edilmir”.

Şərafət İsmayılovasa deyir, adına torpaq və mənzilin olmamasıyla bağlı dəfələrlə sənəd alaraq Komitəyə təqdim edib:

“Mən daha necə sübut etməliyəm ki, adımda mülk və torpaq yoxdur? Əgər “Qaçqınkom” dövlət idarəsinin verdiyi arayışı da şübhəyə alırsa, bunun əziyyətini niyə mən çəkməliyəm?” 

Hüquqşünas Namizəd Səfərov deyir, Şərafət İsmayılova Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən aldığı rəsmi cavab məktubunu, adına mənzil və torpaq sahəsi olmadığını bildirən sənədi iddia ərizəsinə əlavə edərək məhkəməyə müraciət edə bilər: “Torpaqlar işğaldan azad olunandan sonra məcburi köçkünlər üçün evlərin tikilməsi prosesi dayandırılıb. Ancaq əgər ailənin qalmağa yeri yoxdursa, dövlət ailəni haradasa müvəqqəti sığınacaqla təmin etməlidir”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button