2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Köçkünlərlə “Azərişıq” arasında sayğaca görə dava düşüb? – RƏSMİ

Pirşağı qəsəbəsində yerləşən “Qızılqum” sanatoriyasında məskunlaşmış məcburi köçkünlərlə “Azərişıq” işçiləri arasında heç bir dava düşməyib.

Bu barədə Publika.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O bildirib ki, yüzə yaxın “Azərişıq” əməkdaşının “Qızılqum” və “Gilavar” sanatoriyalarında olmaları haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bəzi saytlarda bu cür böhtan xarakterli məlumatların yoxlanılmadan yayılması təəssüf hissi doğurur və bütünlükdə ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması ilə əlaqədar yaranan hər hansı anlaşılmazlıq halları ərazi icra hakimiyyəti orqanlarının və onların məcburi köçkünlərlə iş üzrə nümayəndələrinin iştirakı ilə araşdırılaraq, bununla əlaqədar daxil olan şikayət və müraciətlərə dərhal baxılıb həll olunmasına dair Cəmiyyətin aidiyyəti strukturlarının rəhbərlərinə ciddi göstərişlər verilir.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Republikası Prezidentinin 23.01.2017-ci il tarixli, 1206 saylı Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlər vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin olunmasına dair verilmiş göstərişin operativ icrası məqsədilə “Azərişıq” ASC-də Mərkəzi Qərargah yaradılıb”.

T.Mustafayev bildirib ki, Bakının Yasamal, Suraxanı, Xətai, Nəsimi, Sabunçu, Nizami,Binəqədi və Nərimanov rayonlarında, Aran və Şimal Regionlarının xidməti ərazilərində olan yataqxanalarda yaşayan məcburi köçkün evlərinin sayğaclaşdırılması davam etdirilir: “Görülən işlərin nəticəsi olaraq son bir neçə gündə artıq 5700 məcburi köçkün evlərinə sayğac quraşdırılıb”.

***

Pirşağıda məcburi köçkünlərin məskunlaşdığı Qızılqum və Gilavar sanatoriyalarında elektrik sayğaclarının quraşdırılması etiraza səbəb olub.

Publika.az xəbər verir ki, məcburi köçkünlərlə “Azərişıq” əməkdaşları arasında hətta dava düşüb.

Sakinlər qarlı havada sayğacların quraşdırılmasına etiraz edirlər. Belə ki, hər iki sanatoriyada yeganə istilik mənbəyi elektrik enerjisidir.

Sayğaclar quraşdırılarkən müvəqqəti də olsa, elektrik enerjisi kəsilməlidir. Üstəlik, sayğacların quraşdırılması bir gündə başa çatmayacaq. Bu da bir neçə gün sakinlərin mənzillərini isidə bilməməsi deməkdir.

Sakinlər hava şəraitini nəzərə alaraq sayğacların quraşdırılmasını bir neçə gün təxirə salınmasını tələb edir.

Məsələyə münasibət bildirən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, onlar qanunun tələbini icra edirlər: “Bizə tapşırılıb ki, bütün məcburi köçkünlərin yaşadıqları mənzilləri sayğacla təmin edək. Əməkdaşlarımız da tapşırığı icra edirlər. Bu vaxtadək bir neçə rayonda sayğaclaşma işi aparılıb, heç bir etiraz da olmayıb”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button