2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Kod adı ortaya çıxdı: Ən azı 20-30 il sonra… – PLAN

Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı hazırlanan iddianamədə diqqətçəkən bir detal yer alıb.

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, FETÖ üzvləri təşkilatın lideri Fəthullah Güləndən danışarkən “Kapitan” kod adından istifadə edirdilər.

İddianamə İstanbul Respublika Baş prokurorluğunun terror və mütəşəkkil cinayətlərlə mübarizə üzrə İstintaq Bürosu tərəfindən hazırlanıb. FETÖ-nün 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı olan iddianamə dünən tamamlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

İddanamədə həmçinin Fətullah Gülənin İstanbuldakı Hərbi Hava Məktəbində 3-cü və 4-cü kurs tələbələri qarşısında çıxışı yer alıb. “Bizim işimiz çox uzundur, tələsməyin və özünüzü bildirməyin. Hərbidə, təhsildə, təhlükəsizlik güclərində, məhkəmə sistemində – bunların ən güclü idarələrində yerimizi tutacağıq. Ən azı 20-30 il sonra hərəkətə keçdiyimizdə kimsənin edə biləcəyi bir şey qalmayacaq”, – FETÖ təşkilatının Hava Qüvvələri Komandirliyindəki strukturun keçmiş üzvü, təqaüdçü polkovnik-leytenant Gürol Doğan Gülənin sözlərini sitat gətirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button