2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Kraliça II Yelizavetanın taxta çıxmasının 70 illiyi qeyd olunur

Böyük Britaniyada bu münasibətlə hərbi parad keçirilir

Böyük Britaniyada 96 yaşlı Kraliça II Yelizavetanın taxta çıxmasının 70 illiyi qeyd olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Bu münasibətlə milyonlarla insanın küçələrə axışdığı bildirilir.

Hətta əksəriyyət “Platin yubiley” tədbirlərini yaxından izləmək məqsədilə kral sarayına aparan Pell-Mell küçəsində çadırlarda gecələməli olub.

Bayramın şərəfinə bütün ölkə üzrə cümə axşamından başlayaraq həftənin sonuna kimi kütləvi şənliklərlə yadda qalacaq uzun həftəsonu elan edilib.

Pandemiya başlayandan bəri ilk dəfə iyunun 2-də hərbi parad keçirilir. Mərasimdə 1400-dən çox əsgər, 400 musiqiçi iştirak edir.

İyunun 3-də Müqəddəs Pavel Katedralı kilsəsində kraliça üçün şükranlıq mərasimi təşkil olunacaq.

İyunun 4-də Bukingem sarayında özəl əyləncə gecəsi keçiriləcək.

Püşkatma nəticəsində müəyyən sayda insan şənlikdə iştirak edə biləcək.

İyunun 5-də Britaniyada xüsusi nahar tədbiri təşkil olunacaq. Həmin gün ölkə, xüsusilə Bukingem sarayı ətrafında 16 mindən çox küçə şənliyi keçiriləcək.

Kraliça II Yelizaveta 2015-ci ildə ulu nənəsi Kraliça Viktoriyanı (63 il ) geridə qoyaraq Britaniya tarixində ən uzun müddət hakimiyyət sürən monarx olub.

O, taxta çıxmasından sonra ölkə adından 21 min iclas və tədbirə qatılıb, 14 Baş nazir ona xidmət edib.

Kraliçanın ilk Baş naziri Uinston Çörçill olub.

Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi də bu münasibətlə tədbir təşkil edib. İyunun 1-də Bakıda keçirilən tədbirdə ölkənin ictimai-siyasi fəalları da iştirak edib. Tədbirin sonunda Ukraynaya yardım kampaniyası keçirilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button