Bizim tərcümə

Kreml elan etdi… Ukraynanın ilhaq edilmiş şəhərləri nüvə “çətiri” altına salınacaq

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-20 18:05:34

Kreml Ukraynanın son vaxtlar qanunsuz olaraq Rusiya tərəfindən ilhaq edilmiş hissələrinin Moskvanın nüvə arsenalının mühafizəsi altında olduğunu iddia edib.

Kremlin sözçüsü Dmitri Peskov, “Bütün bu torpaqlar Rusiya Federasiyasının ayrılmaz hissələridir və buna görə də “mühafizə olunur” dedi.

Saytların yığılması Saytlarin yigilmasi

Beləliklə, Rusiya tərəfindən bu bölgələrin üzərində nüvə “çətiri” açıldı.

Bu barədə Kremlin sözçüsü Peskov açıqlama verib

PESCOV: BİZ ÖZ ŞƏHƏRLƏRİMİZ KİMİ QORUYORUZ

Peskov açıqlamasında bu torpaqların təhlükəsizliyinin Rusiyanın qalan torpaqları ilə eyni səviyyədə təmin edildiyini bildirib.

NATO bu həftə illik nüvə təlimlərini keçirir və bəyanatda Rusiyanın tezliklə öz nüvə təlimlərini keçirməsinin gözlənildiyi bildirilir.

Hələ keçən ay Vladimir Putin Qərbi hədələyərək, Moskvanın Rusiyanın “ərazi bütövlüyünü” müdafiə etmək üçün lazım gələrsə, nüvə silahından istifadə etməyə hazır olduğunu deyərək, bunun “blöf” olmadığını vurğulamışdı.

Kreml elan etdi... Ukraynanın ilhaq edilmiş şəhərləri nüvə “çətiri” altına salınacaq

“1962-ci ildən bəri ən pis böhran”

ABŞ prezidenti Co Bayden nüvə müharibəsinin qaçılmaz ola biləcəyindən qorxduğu 1962-ci ildə Kuba raket böhranından sonra Putinin təhdidinin dünyanı heç vaxt olmadığı qədər yaxınlaşdırdığını deyib.

Putin Moskvanın Ukraynadan alacağı ərazilərin “əbədi” Rusiyanın tərkibində qalacağını bəyan etmişdi.

Amma Rusiya dörd bölgənin heç birinə tam nəzarət etmir və hələ də sərhədlərini müəyyən etməyib.

NÜVƏ EHLİMİ ARTIB

Bu ilhaq Ukrayna, onun Qərb müttəfiqləri və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında ölkələrin böyük əksəriyyəti tərəfindən qanunsuz olaraq pisləndi.

Onun Ukraynaya hücumundan təxminən səkkiz ay sonra bəzi analitiklər hesab edirlər ki, Putinin ordusu bir sıra böyük məğlubiyyətlərdən sonra onun nüvə silahına əl atmaq şansı artıb.

Kreml elan etdi... Ukraynanın ilhaq edilmiş şəhərləri nüvə “çətiri” altına salınacaq

“BU İNTİHARDIR”

Putinin müttəfiqi, Belarus prezidenti Aleksandr Lukaşenko keçən həftə Qərbə Rusiyanı küncə sıxışdırmamaq barədə xəbərdarlıq etmişdi.

Digər tərəfdən, bəzi analitiklər nüvə riskinin şişirdilmiş olduğunu və Putinin bu cür eskalasiya cəhdinin intihar olacağını iddia edirdilər.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button