2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Küçə adları mübarizəsi: Türkiyə BƏƏ-ni, ABŞ isə Rusiyanı hədəfləyib

Türkiyə iki dövlət arasında diplomatik çaxnaşmadan sonra Ankarada Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) səfirliyinin yerləşdiyi küçənin adını dəyişib.

Rusiyanın ABŞ-dakı səfirliyi qarşısındakı meydana isə qətlə yetirilmiş müxalifətçi Boris Nemtsovun adı veriləcək.

Mədinənin müdafiəçisi

Saytların yığılması Saytlarin yigilmasi

BƏƏ-nin xarici işlər naziri Osmanlı hərbi qüvvələri komandirini sosial media hesabında tənqid etdikdən sonra bu dövlətin Türkiyədəki səfirliyinin yerləşdiyi küçəyə Fahreddin Paşa Yolu adı verilib.

Abdullah bin Zayed al Nahyan Tvitter sosial şəbəkəsində paşa və Türkiyə prezidenti Recep Tayyip Erdoğanın əcdadları barəsində ittihamlar yazıb.

Tvitdə paşanın 20-ci əsrin əvvəllərində müqəddəs İslam şəhəri Mədinənin qubernatoru olaraq vəzifsini yerinə yetirərkən ərəblərə qarşı pis rəftar etdiyini və onun qüvvələrinin cənab Ərdoğana aid olduğunu irəli sürüb.

Bundan sonra cənab Erdoğan BƏƏ-yə qarşı çıxış edib. O, köhnə qubernatoru müdafiə edərək BƏƏ nazirindən ata-baba irsini soruşub.

Cənab Erdoğan nazirə “yerini bilməsini” və iddiaların “böhtan” olduğunu söyləyib. Sonra isə BƏƏ-ni”pul və neft” ilə pozulmaqda günahlandırıb.

Tvitlə bağlı şikayət vermək üçün vəzifəli bir diplomat Ankaraya dəvət edilib.

İki dövlət arasındakı gərgin əlaqələr Türkiyənin İslam ekstremizminə dəstək verdikləri iddiası ilə Körfəz xalqları arasında diplomatik mübahisəyə səbəb olan Qətərə tərəf çıxmasından sonra bir neçə aydır davam edir.

Ankaranın meri sosial media səhifəsində küçənin adının dəyişməsini təsdiqləyib.

“Bu gündən etibarən rəsmi yazışmalarda səfirliyin ünvanı Mədinə küçəsinin müdafiəçisi Fəxrəddin Paşa Yolu kimi qeyd ediləcək”, – Mustafa Tuna deyib.

Qətlə yetirilmiş müxalifətçi

Vaşinqton Şəhər Şurası qətlə yetirilən müxalifətçi Boris Nemtsovun şərəfinə Rusiya səfirliyinin qarşısındakı meydanın adını dəyişmək üçün qanun layihəsi qəbul edib.

Bu gündən meydanın iki ünvanı var: rəsmi, Wisconsin prospekti və təntənəli Boris Nemtsov meydanı.

Yeni lövhələr fevralın 27-də, siyasətçinin ölümünün ildönümündə quraşdırılacaq. Onlarda hər iki ünvan göstəriləcək və Rusiya səfirliyi istənilən ünvanı istifadə edə bilər.

Bir lövhənin istehsalı və quraşdırılması 170 min dollara başa gələcək və bu pul şəhər büdcəsindən ayrılacaq.

Yerli məclis deputatları qanunu yekdilliklə qəbul edib.

Boris Nemtsov 2015-ci il fevralın 27-də Moskvada Bolşoy Moskvoretski körpüsündə öldürülüb. Onu kürəyinə tapançadan bir neçə dəfə atəş açılıb.

Hadisədən bir neçə gün sonra cinayət törətmək şübhəsiylə beş çeçenistanlı nəzarətə alınıb.

Məhkəmə prosesi ötən ilin iyulunda başa çatıb və nəticədə, münsiflər heyəti bütün beş şübhəlini günahkar bilib.

Münsiflər heyətinin qərarı əsasında Moskva Rayon Hərbi Məhkəməsinin hakimi Yuri Jitnikov şübhəliləri 11 ilə 20 il arasında həbs cəzasına məhkum edib. (BBC azeri)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button