2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Kütləvi informasiya vasitələri: Ermənistanda sülh sazişinə hazırlaşırlar

Bakı/04.09.21 Bir neçə gündür ki, Ermənistan mətbuatı hökumətin Moskvanın himayəsi altında Azərbaycanla sülh sazişi imzalamağı planlaşdırdığını bildirir.

Görünür, bu mövzu Ermənistan baş nazirinin, daha sonra isə yeni xarici işlər nazirinin Moskvaya səfərlərində əsas mövzu olub.

Belə ki, Yerevanın “Past” nəşri öz mənbələrinə istinadən yazır ki, hökumət aparatında və Xarici İşlər Nazirliyində sülh sazişinin bağlanması üçün fəal hazırlıq işləri aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

“Xarici İşlər Nazirliyindəki mənbələrin məlumatına görə, Nikol Paşinyanın tapşırığı ilə nazirliyin ekspertləri və beynəlxalq hüquq üzrə mütəxəssislər qrupu son günlər hökumət aparatı ilə birlikdə hərtərəfli araşdırmalar aparır və analoji sənədlərin presedentlərini tapmağa, həmçinin imzalanmadan öncə mümkün danışıqlar prosesinə hazır olmağa çalışırlar.

Əsasən tam paket hazırlamaq tapşırılıb: danışıqlar zamanı erməni tərəfin konkret hansı təklif və tələbləri təqdim edəcəyi, həmçinin tərəflər arasında hansı kompromislərin olacağı barədə”, – nəşr yazır.

Erməni tərəfi güman edir ki, sənəd layihəsinin ilkin müzakirəsinə oktyabrda başlanıla bilər. – 02B-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button