2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

KXCP də seçkidə iştirak etməyəcək

Aytəkin İmranova: “Bu gün Azərbaycanda seçki komissiyaları tamamilə hakimiyyətin nəzarətindədir, azadlıqlar boğulur, siyasi məhbuslar var, bütün bunlar demokratik seçki şəraitinin olmadığının göstəricisidir”

Klassik Xalq Cəbhəsi Partiyasının 2024-cü ilin 7 fevralında keçiriləcək növbədənkənar Prezident seçkilərində iştirak etməyəcəyi bildirilir.

Dekabrın 23-də partiyanın V növbədənkənar Qurultayında belə qərar qəbul olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Meydan TV-yə İdarə Heyətinin üzvü, Məclis sədrinin müavini Aytəkin İmranova məlumat verib.

A.İmranova deyib ki, partiya məclisi seçkidə iştirak etməmək barədə qərar qəbul edib və qurultayda  həmin qərarı təsdiqlənib. Həmçinin Ədliyyə Nazirliyinə sənədləri təqdim etmək üçün nizamnamədə bir sıra dəyişiklikləri gerçəkləşdirib.

A.İmranovanın sözlərinə görə, seçkidə iştirak etməmək qərarı siyasi vəziyyətdən irəli gəlir:

“Bu gün Azərbaycanda seçki komissiyaları tamamilə hakimiyyətin nəzarətindədir, azadlıqlar boğulur, siyasi məhbuslar var, bütün bunlar demokratik seçki şəraitinin olmadığının göstəricisidir”.

Bu günə qədər AXCP Müsavat seçkiləri boykot edib.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Fuad ƏliyevYunus Oğuz namizədliklərini irəli sürüblər.

Ümid və Haqq Ədalət partiyaları seçkidə İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button