2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ləng təsirli müqavilə: “Rusiya öz düşmənlərini təşviq edir”

Yayımlandı: 22 Fevral 2023 16:19

Politoloqun fikrincə, Kremldə Rusiyanın nüvə silahından istifadə edə biləcəyini göstərmək istəyirlər

“Spektr.Press”in materialı

Saytların yığılması Saytlarin yigilmasi

Putinin Federal Məclisə müraciətində əsas məsələ Rusiyanın “Strateji hücum üçün silahlanması haqqında” sazişdə (SHSS) iştirakının dayandırılmasının elanı olub.

“Təkrar edirəm, sazişdən çıxmır, yox, məhz iştirakını dayandırır, – o, nəzərə çatdırıb. – SHS problemi ilə Ukraynadakı münaqişə və Qərbin ölkəmizə münasibətdə digər düşmən fəaliyyəti arasında heç bir əlaqə yoxdur”.

Putinin dediyinə görə, ABŞ hazırda yeni növ nüvə döyüş sursatı işləyib hazırlayır və Rusiya nüvə sınaqlarının keçirilməsinə hazır olmalıdır.

“Əgər ABŞ sınaq keçirərsə, biz də keçirəcəyik. Heç kəs qlobal strateji paritetin dağıla biləcəyi ilə bağlı illüziya qurmamalıdır”, – Putin əlavə edib.

O, həmçinin xəbər verib ki, bir həftə əvvəl yeni strateji komplekslərinin quruda bazalaşdırılmasının hərbi növbətçiliyi barədə fərmana qol çəkib.

TASS-ın Müdafiə Nazirliyindəki mənbəsi artıq xəbər verib ki, Yeni Torpaqda poliqon hazır vəziyyətdədir və “zərurət yarandığı halda nüvə silahlarını sınaqdan keçirmək tapşırığı yerinə yetiriləcək”.

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev və ABŞ Prezidenti Barak Obama 2010-cu il aprelin 8-də Praqada SHSS-ə qol çəkib. Bu saziş 2011-ci ilin fevralında qüvvəyə minib, 2021-ci ildə beş il müddətinə – 2026-cl ilin fevralınadək uzadılıb.

Qızğın silahlanmanın qarşısının alınmasına yönəlmiş saziş Rusiya ilə ABŞ-ın imzalar atılandan yeddi il sonra və daha sonra öz strateji silahlanmasını aşağıdakı şəkildə məhdudlaşdırmasını nəzərdə tutub:

– hər iki tərəfdə 1550 nüvə döyüş gülləsindən artıq olmamalıdır, cəbhəboyu qitələarası ballistik raketlərin, sualtı qayıqların ballistik raketlərinin və raketdaşıyıcı strateji bombardmançı təyyarələrin sayı 700-ü ötməməlidir. Cəbhəboyu və qeyri-cəbhəboyu qitələrarası ballistik raketləri işəsalma qurğularının, sualtı qayıqlarda və ağır bombardmançı təyyarələrdə işəsalma qurğularının sayı hər ölkəyə 800 ədəd olmalıdır.
NATO-da Putinin SHSS haqqında bəyanatını nüvə təhlükəsizliyi sisteminin iflasının rəmzi adlandırıblar.

“Bugünkü qərarla silahlandırma üzərindəki nəzarət sisteminin arxitekturası məhv olunub”, – alyansın Baş katibi Yens Stoltenberq deyib.

O, Rusiyanın bu qərara yenidən baxmasını israrla tövsiyə edib.

ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Rusiyanın qərarını “son dərəcə təəssüfəlayiq və məsuliyyətsiz” adlandırıb. O əlavə edib ki, ABŞ “dünyada və ya bizim münasibətlərimizdə hələ də nə baş verməsindən asılı olmayaraq, istənilən vaxt Rusiya ilə strateji silahlandırmanın məhdudlaşdırılması məsələsini müzakirə etməyə hazırdır”.

“Putinin SHSS haqqında bəyanatı Rusiyanın açıq-aşkar nüvə sınaqları keçirməyə hazırlaşdığına dəqiq siqnaldır”,- politoloq İvan Preobrajenski hesab edir.

“Bu mənada o (Putin), dostu və zirehli qatardakı yoldaşından – yoldaş Kimdən nümunə götürür. Belə ki, Kim Çen İn müntəzəm surətdə dünya ictimaiyyətini Şimali Koreyada nüvə sınaqları keçirəcəyi ilə qorxutmağa çalışır”, – ekspert deyir.

O ehtimal edir ki, Kremldə Rusiyanın sadəcə nüvə silahından istifadə etməyə hazır olduğunu deyil, həm də bunu texniki cəhətdən edə biləcəyini göstərmək istəyirlər.

“Bu sınaq Rusiyaya nüvə silahından necə, nə vaxt və harada istifadə edə biləcəyini, bu silahların hansı növlərinin daha çox döyüşqabiliyyətli olduğunu yoxlamağa imkan verir. Bu, Rusiyaya son illər buraxdığı hansısa yeni raket layihələrini sınaqdan çıxarmağa şərait yaradır”, – Preobrajenski izah edir.

Onun fikrincə, Putin amerikalıların nüvə sınaqlarına hazırlaşdıqlarını deyərkən öz istəklərini başqalarının ayağına yazır, lakin bununla yanaşı, ABŞ Rusiya prezidentinin söylədiklərini gerçəkləşdirməyə məcbur olacaq, politoloq hesab edir:

“Kreml tez-tez hadisələrin gedişatına elə təkan verir ki, onun proqnozları özlüyündə gerçəkləşməyə başlayır. O, öz düşmənlərini ittiham olunduqları şeyləri həyata keçirməyə təşviq edir. Hazırda əgər Rusiya SHSS-i pozmağa başlayarsa, ABŞ, şübhəsiz ki, təmkinli şəkildə həddi aşmadan sınaqlara başlamağa məcbur qalacaq”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button