2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

Lənkəranda Məhərrəmlik gərginliyi: 20 nəfər saxlanıb, 2500 manat cərimələnib

Oktyabrın 2-si axşam saatlarından başlayaraq Lənkəranda gərginlik hökm sürür.

Bu barədə 24saat.org-a daxil məlumata görə, əzadarlıq məclislərinin yalnız məscidin içərisində keçirilməsinə izn verilməsi ciddi narazılıq doğurub.

Çünki indiyədək belə hal yaşanmayıb. Ta bineyi-qədimdən, eləcə də ateist sovet hökuməti dönəmindən Məhərrəmlik cənub zonasında gizli-aşkar keçirilib, müdaxilə olunmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Şəhərin bütün məscidlərinin qarşısında həmişə izdiham  yaşanıb, küçələrdə yürüşlər olub və Aşuranın ertəsi mərasimləri yekunlaşıb. Hər hansı qeyri-dinc hərəkət olmayıb.

Bu günə kimi Kərbəla müsibətinə təziyə tutanların, matəm saxlayanların yürüşlərində nə bir təxribat olub, nə insident yaşanıb.

Amma bu ildən etibarən təkbir etmək, yürüşlərin təşkili qadağan olunub. Hətta oktyabrın 2-də yürüşə cəhd olunarkən 20 nəfər yerli sakin saxlanıb.

Onların kimliyi açıqlanmır. Təkbir edən, mərsiyə oxuyan bir neçə nəfər isə 2500 manat cərimələnib. Həmin şəxslərə xəbərdarlıq edilib ki, məscidin kandarından kənara çıxmasınlar.

Bildirilib ki, bundan sonra küçə yürüşlərində iştirak edənlər saxlanacaq, ələm qaldıranlar 2500 manat cərimələnəcək.

24saat.org-a gələn son xəbərə görə Məhərrəmlik ayı başlayandan Lənkərandakı məscidlərin qarşısında post patrul xidməti keşik çəkir.

Şəhidlər Xiyabanı (yürüşlərin başlandığı meydan) istiqaməti polis tərəfindən mühasirəyə alınıb.

Südəmurdov qəsəbəsində “Qara ələm” adlanan pirin (hər il minlərlə insan “Qara ələm”i ziyarət edirdi) qapıları qıfıllanıb.

Artıq üçə günə yaxındır bu vəziyyət davam edir. Polisə harada toplaşma görsə dağıtmaq təlimatı alıb.

Üstəlik, məktəblərin müəllimləri məscidlərə təhkim olunub. Onlara təlimat verilib ki, tanıdıqları şəxsləri mərasimlərdən kənarlaşdırmağa, dilə tutmağa çalışsınlar.

Son xəbərə görə, ötən gecə Kiçik bazar məscidi qabağında məhdud şəkildə əzadarlara toplaşma imkanı yaradılıb.

Ümumiyyətlə, cənub zonası hər zaman dini həssaslığı ilə seçilib. Xüsusilə, Lənkəran hər il 10 gün Məhərrəmliyi izdihamla qeyd edir, İmam Hüseyn əzadarları sinə döyür, zəncir vurur, mərsiyələr oxunur, Aşurada ehsanlar paylanır, gecədən səhər saat 12-ə kimi oyaq qalırlar.

Bu, artıq ənənə halını almış və qəbul olunmuş mərasimlərdir. İndiyə qədər Lənkəranda nə dini ekstremizmin elementi müşahidə olunub, nə  iğtişaş yaşanıb.

Yerli sakinlərin sözlərinə görə, sovet hökuməti vaxtında belə Lənkəran qadağalara qarşı çıxırdı. Lənkəranlılar bu qərarın niyə verildiyini anlamır, axı heç vaxt problem yaşanmayıb.

Ötən il Lənkəranda keçirilmiş Aşura yürüşü tarixdə ilk olub. Yerli camaat arasında gedən müzakirələrə görə keçən ilki Aşura izdihamı narahatlıq yaradıb deyə belə qərar verilib.

Həqiqətən həmin yürüş kifayət qədər izdihamlı, təşkilatlanmış və hazırlıqlı baş tutmuşdu.

Həmin izdihamın video görüntüləri internet şəbəkələrində hələ də qalır. Ehtimal olunur ki, 2015-ci ilin yürüşü əhalinin təşkilatlanması təəsüratı yaradıb.

24saat.org

https://youtu.be/uKET4iOh33c

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button