2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Məlahətli səsi ilə internetdə məşhurlaşan çoban imtahan verdi – VİDEO

Bir müddət əvvəl məlahətli səsi ilə sosial şəbəkələrdə məşhurlaşan çoban Milli Konservatoriyaya imtahan verib.

24saat.org xezerxeber.az-a istinadən məlumat verir ki, sənətçilər qarşısında səhnəyə çıxan 32 yaşlı Pərvin Səfərov ilk olaraq onu məşhurlaşdıran “Gəl bizim dağlara” mahnısını ifa edib. Daha sonra isə o, Rəşid Behbudovun repertuarından “Nazəndə sevgilim yadıma düşdü” mahnısını oxuyub.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaşadığı kəndin mədəniyyət evində işə götürülən Pərvin Səfərovun ən böyük arzusu musiqi təhsili almaqdır.

Saytların yığılması Saytlarin yigilmasi

Qərara gəlinib ki, Pərvin Səfərov Milli Konservatoriyanın tərkibində olan Musiqi Kollecində təhsil alsın.

Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kəriminin sözlərinə görə, ən tez zamanda Dövlət İmtahan Mərkəzinə məktub ünvanlanacaq. Məqsəd xüsusi gənc qismində Pərvini qəbul imtahanına girmədən kollecə qəbul etməkdir. Kolleci bitirdikdən sonra isə ona Konservatoriyada da təhsil alması üçün imkan yaradılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button