2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

“Mənə qarşı repressiya hələ də davam edir”

Məhkəmə Zaur Qurbanlının məhkumluğunu götürmədi və ona müsbət xasiyyətnamə verən icra nümayəndəsinin müavini işdən çıxarıldı

“Azad olunmağımdan 3 il 9 aydan çox vaxt keçib. Amma mənə qarşı repressiya hələ də davam edir”.

24saat.org xəbər verir ki, bunu keçmiş siyasi məhbus, “NİDA” Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı bildirib. O bildirir ki, məhkumluğun vaxtından əvvəl götürülməsi ilə bağlı Şəki rayon Məhkəməsinə müraciət edib. “Ağır cinayətə görə məhkum olunduğumdan azad olunandan sonra 6 il üzərimdə məhkumluq qalmış hesab edilir. Məhkəməyə təqdim etdiyim sənədlərin arasında yaşayış yerindən verilmiş Xasiyyətnamə də olub. Xasiyyətnaməni qeydiyyatda olduğum kəndin icra nümayəndəsinin müavini imzalayıb.

Xasiyyətnamədə mən müsbət xarakterizə olunmuşam, siyasi, bu hökumətin dili ilə desək, siyasiləşmiş heç bir ifadə, fikir olmayıb. Məhkəmə bitdi, ərizəm təmin edilmədi. Məhkəmə qərarı ilə razı deyiləm”.

Saytların yığılması Saytlarin yigilmasi

Zaur Qurbanlı əlavə edir ki, məsələ bununla da bitməyib: “Ya hakim, ya da prokuror mənim barəmdə verilmiş xasiyyətnaməni göndərib Şəki rayon İcra Hakimiyyətinə. Nəticədə barəmdə Xasiyyətnamə vermiş Şəki rayon Qayabaşı kənd icra nümayəndəsinin müavini işindən azad olunub. Qərarın hansı səviyyədə verildiyini bilmirəm, amma 4 il əvvəl siyasi məhbus olmuş biri üçün müsbət Xasiyyətnamə verilməyin qadağan edilməsi, buna görə adamın vəzifəsindən kənarlaşdırılması hüquqazidd, biabırçı davranışdır. Hər halda belə qoymayacağam, qalsın”.

“NİDA” Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə, Zaur Qurbanlı, Rəşadət Axundov və Məmmədov Əzizovun barəsində olan hökmdən verilən kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

2013-cü ildə “Əsgər ölümlərinə son” etiraz aksiyaları ərəfəsində “NİDA” Vətəndaş Hərəkatının üzvləri ilə birlikdə həbs edilən Zaur Qurbanlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Zaur Qurbanlı prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

NİDA fəalları Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button