2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Mariupolda ağır döyüşlər gedir

Bayden deyib ki, Moskva kimyəvi silaha əl atarsa, “ağır” nəticələrlə üzləşər

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın Ukraynaya qarşı müharibəsi bir aya yaxınlaşır, strateji Mariupol şəhərində ağır döyüşlərin getdiyi bildirilir. Martın 22-də ukraynalılar şəhərin müdafiəsini davam etdiriblər.

Prezident Volodimir Zelenski Ukraynanın təslim etməklə bağlı Rusiyanın ultimatumunu rədd edib.

Azı 2300 nəfər ölüb

Zelenski martın 22-də İtaliya parlamentinə videomüraciət edəcək. İndiyədək o, ABŞ, Kanada, Almaniya və İsrailin qanunverici orqanlarında oxşar çıxışlar edib, Rusiya əsgərlərinə qarşı döyüşlərdə daha çox yardım istəyib.

Rusiya Mariupolu ələ keçirməklə 2014-cü ildə ilhaq etdiyi Krımla quru əlaqəsi yaratmağa çalışır. Müharibəyə qədər 400 min əhalisi olan Mariupolda son iki həftədə su, ərzaq, yanacaq olmadığı bildirilir.

Yerli orqanlar Mariupolda azı 2300 nəfərin öldüyünü və kütləvi məzarlıqlarda basdırıldığını deyirlər.

Moskva kimyəvi silaha əl atarsa…

ABŞ Prezidenti Co Bayden martın 21-də bir qrup biznes lideri qarşısında çıxışında deyib ki, Rusiya gözlədiyindən qat-qat artıq müqavimətlə üzləşib.

“Onun arxası divara dirənib”, – Bayden rusiyalə həmkarı Vladimir Putin barədə belə deyib. Onun sözlərinə görə, Moskva kimyəvi silaha əl atarsa, “ağır” nəticələrlə üzləşər.

Paytaxt Kiyevə havadan zərbələr gözlənildiyindən mer Vitali Kliçko martın 21-də axşam 8-dən 35 saatlıq komendant saatı tətbiq edib.

Fevralın 24-də Ukraynanı işğal edən Rusiya sərt müqavimətlə, Qərbin ağır sanksiyaları ilə üzləşib.

Qeyri-hərbi obyektlərə hücumlarla bağlı dəlillərə baxmayaraq, Rusiya mülki hədəfləri vurmadığını bildirir.

BMT-nin miqrasiya agentliyi 6.5 milyona yaxın ukraynalının evindən didərgin düşdüyünü deyir. 3.5 milyonadək ukraynalı isə qonşu ölkələrə, əsasən də NATO və Avropa İttifaqı üzvü Polşaya qaçıb.

24 saat” “
Mariupolda ağır döyüşlər gedir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button