Loading...
Loading...
SEÇMƏ

Medvedev: “Donbasdakı respublikalar Rusiyanın tərkibinə daxil ediləcək”

Yayımlandı: 22 Sentyabr 2022 14:56

O, Ukraynada referendumun keçiriləcəyini deyir

“Referendumlar keçiriləcək, Donbasdakı respublikalar və digər ərazilər Rusiyanın tərkibinə daxil ediləcək”.

Bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.

O, həmçinin bildirib ki, Rusiya müharibədə istənilən silahdan, o cümlədən strateji silahlardan istifadə edə bilər.

“Qərb isteblişmenti, ümumiyyətlə, NATO ölkələrinin bütün vətəndaşları başa düşməlidirlər ki, Rusiya öz yolunu seçib. Geriyə dönüş yoxdur”, – deyə Medvedev əlavə edib.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-dən etibarən qismən səfərbərlik elan edib.

O, xalqa müraciətində deyib ki, bu qərar Rusiyanın suverenliyinin və bütövlüyünün qorunub saxlanılması məqsədilə verilib.

V.Putin yalnız ehtiyatda olan rusların hərbi xidmətə çağırılacağını vurğulayıb.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları – Donetsk və Luqanks Respublikalarını tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  Metyu Brayza: “Blinken və Bayden Pelosinin səfərindən məmnun qalmayıblar”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button