2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetRedaktorun seçimiSEÇMƏ

Mehman Hüseynov bu dəfə Səlim Müslümovun imarətini çəkdi – VİDEO

Gənc bloger Mehman Hüseynov Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun imarətinin videosunu yayıb.

“Mütləq baxın və hər yerdə paylaşın!.. İlk dəfə risk edib girmişik nazirin yeni tikdirdiyi sarayın içinə, baxın görün bunlar necə yaşayırlar. Adam sanki başqa bir dünyaya daxil olur. Çox acınacaqlı durumdu (Yuxardakılar büdcədən pulları oğurlayıb kef edirlər amma yaşlı vətəndaşlarımız məcburdu quru çörək yesinlər, məcburdu bu soyuqda küçələrdə oturub pul dilənsinlər”, – Mehman Hüseynov çəkdiyi videosüjetdə bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

“Qaz, işıq və dərmanların qiyməti qalxıb, amma buna baxmıyaraq yaxın gələcəkdə ölkədə maaşların və pensiyaların artırımı gözlənilmir. Bu o deməkdir ki pensionerlər, babalarımız, nənələrimiz ölməlidilər, çünki dövlətdən aldıqları 50-60 manat nəinki qaz və işıq pulu verməyə heç çörək almağa bəs eləmir. Niyə hökümət vətəndaşlarımızı bugünə qoyublar? Budurmu vətəndaşlara olan dövlət qayğısı?”, – Mehman Hüseynov soruşur.

“Bu dəfə Sosial Müdafiə naziri Səlim Müslümovun mülklərini araşdırıb, tapdıq. Yaşlı vətəndaşlarımız aldığı xırda xuruş pensiya ilə dolana bilmirlər, diri diri məhv olur gedirlər amma nazirimiz xalqdan oğurladığı pullar ilə özünə saraylar tikdirir”, – Mehman Hüseynov bildirir./bastainfo.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button