2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Metyu Brayza: “Blinken və Bayden Pelosinin səfərindən məmnun qalmayıblar”

Sentyabrın 19-da BMT-nin Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü baş tutdu. Bu görüş sentyabr ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən şiddətli döyüşlərdən sonra ilk diplomatik təmas oldu. Görüşün Brüssel və ya Moskvanın yox, məhz rəsmi Vaşinqtonun təşəbbüsü əsasında baş tutması isə diqqət çəkdi. Görüşdən sonra Blinken açıqlama verərək ölkəsinin sülh danışıqlarını dəstəkləməyə hazır olduğunu bildirdi:

“Həm Ermənistanın Baş naziri Nikol Paşinyanla, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə son zənglərimdə hər iki lider mənə sülhə hazır olduqlarını bildirdilər. Güclü, davamlı diplomatik əlaqə hamı üçün ən yaxşı yoldur. Ermənistanla Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur. Amma məncə, fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var. Birləşmiş Ştatlar bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır. Bu söhbəti davam etdirmək üçün bu gün burada olduqları üçün hər iki həmkarıma minnətdaram”

Maraqlıdır ki, bu görüşdən cəmi iki gün əvvəl ABŞ konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvana səfəri çərçivəsində son sərhəd toqquşmasında Azərbaycanı günahlandırmış və onu Ermənistan ərazisinə “qanunsuz hücumda” ittiham etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bir tərəfdən Pelosi Azərbaycanı təcavüzkar adlandırır, digər tərəfdən Blinken Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına başlamaq üçün vasitəçilik edir. Bu ziddiyətsə belə bir sual doğurur: ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərindəki real mövqeyi nədən ibarətdir?

Sözügedən suala Pressklub.az üçün eksklüziv olaraq ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza cavab verib. O, ölkəsinin İrəvan və Bakı arasındakı sülh danışıqlarında yeganə uğurlu vasitəçi olduğunu qeyd edib:

“Bu çox yaxşı xəbərdir ki, dövlət katibi Blinken Azərbaycan və Ermənsitan XİN başçıları arasında danışıqlara vasitəçilik edib. ABŞ-ın konfliktoloji təzyiqləri azaltmaqda böyük təcrübəsi var. O, həmçinin uzun müddət, Minsk Qrupunun üzvü olub. Lakin indiki məqamda bu qurum funksionallığını itirib. Çünki onun digər üzvü olan Fransa açıq şəkildə Ermənistanın tərəfini tutub, Rusiya isə sülhü təmin edə bilməyib. Nəticədə hazırda Azərbaycanda Minsk Qrupunu ölü qurum adlandırırlar. Çünki Qarabağ münaqişəsi artıq öz həllini tapıb və burada heç bir statusdan söhbət gedə bilməz. Bundan sonra növbədə sülh prosesini intensivləşdirmək durur ki, rəsmi Vaşinqton bu işə töhfə verə bilər.  Lakin biz konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin son ziyarətindən gördük ki, ABŞ-da hamı mövcud status-kvo ilə razı deyil, xüsusilə Kaliforniyada”.

Sabiq səfirin sözlərinə görə, Pelosinin Ermənistana səfəri və səsləndirdiyi fikirlər rəsmi Vaşinqtonun real mövqeyini əks etdirmir, hətta Blinken sonuncu vasitəçilik təşəbbüsü ilə onun diplomatik səhvlərini düzəltməyə çalışıb.

“Nensi Pelosi Kaliforniyadandır, burada isə güclü erməni diasporu var. Düşünürəm ki, Blinken və Bayden Pelosinin səfərindən çox da məmnun qalmayıblar. Buna görə də Blinken vəziyyəti düzəltməyə çalışır. Konqres ABŞ siyasətində azad qurumdur və Pelosinin Bayden administrasiyasından asılılığı yoxdur, nə istəsə edə bilər. O özü özbaşına seçim edə bilər. Açıq aşkar isə Blinken və Bayden bu münaqişədə tərəf tutmur, daha səmərəli yol tutmağa və tərəfsiz mediator olmağa çalışırlar”.

Nicat İsmayılov

24 saat” “Metyu Brayza: “Blinken və Bayden Pelosinin səfərindən məmnun qalmayıblar”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button