2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Meymunun əlindəki qumbara” və Rusiyanın “Çirkli bomba” oyunu

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərb ölkələrinin müdafiə nazirləri, o cümlədən Türkiyə Müdafiə naziri Hülusi Akarla telefon danışığı zamanı Ukraynanın “çirkli bomba”dan istifadə etməklə təxribat hazırladığını bəyan edib.

Məsələn, Şoyqunun Fransa Müdafiə naziri Sebastyen Lekornyu ilə danışıqlardan sonra Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Rusiya Müdafiə naziri fransalı həmkarına Ukraynanın “çirkli bomba”dan istifadə etməklə mümkün təxribatları ilə bağlı narahatlığını çatdırıb”.

Daha əvvəl Rusiyanın RİA Novosti agentliyi öz mənbələrinə istinadən xəbər vermişdi ki, Ukrayna hakimiyyəti guya “öz ölkəsinin ərazisində “çirkli bomba” və ya gücü zəif olan nüvə silahı partlatmaqla təxribat hazırlayır”. İddia olunurdu ki, bu addım Rusiyanı kütləvi qırğın silahlarından istifadə etməkdə ittiham etmək və ardınca bütün dünyanı Moskvaya qarşı yönəltmək üçün atılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Təbliğatçılar, guya “rəsmi Kiyevin Qərb kuratorlarının rəhbərliyi altında artıq bu planın həyata keçirilməsinə başladığı barədə” bütöv bir hekayə də uydurublar. İddia olunur ki, “çirkli bomba”nın hazırlanması Dnepropetrovsk vilayətinin Joltıye Vodı şəhərində yerləşən Şərq dağ-mədən zavodunun və Kiyev Nüvə Tədqiqatları İnstitutunun rəhbərliyinə tapşırılıb.

Kremlin ruporu əmin edir ki, “çirkli bomba”nın hazırlanması üzərində iş guya son mərhələyə daxil olub.

Rusiyalı təbliğatçılar onu da iddia edirlər ki, Zelenskinin ofisi “nüvə silahı komponentlərinin Kiyev hakimiyyətinə ötürülməsi” ilə bağlı Böyük Britaniya nümayəndələri ilə gizli əlaqə yaradıb.

Maraqlı mənzərə yaranıb. İndi Rusiyanın bütün kanalları Ukraynanı “çirkli bomba” mövzusunda ittiham etməyə başlayıblar. Çox güman ki, bu təsadüfi deyil. Və təcrübədən çıxış edərək istər-istəməz adamın ağlına belə bir fikir gəlir ki, Moskva sonradan Kiyevi ittiham etmək üçün Ukraynada hansısa nüvə silahından istifadə etməyə hazırlaşır. Yəni, qabaqlayıcı addım ataraq “biz sizə əvvəlcədən xəbərdarlıq etmişik” demək üçün zəmin hazırlayır. Bəs indi təhlükə nə dərəcədə böyükdür? Ukraynanın özündə bu ehtimal necə qiymətləndirilir? Həm də təhlükə hamını əhatə edir. Ukrayna ərazisindəki istənilən radiasiya hava kütlələri ilə asanlıqla yayıla və məsələn, Cənubi Qafqaza keçə bilər.

Ukraynanın informasiya siyasəti nazirinin keçmiş müavini, Post-İnformasiya Cəmiyyəti İnstitutunun direktoru, Kiyev-Moqilyans Akademiyasının müəllimi Dmitri Zolotuxin fikirlərini Press Klubla bölüşüb:

– Yalan və qorxu Vladimir Putinin siyasətinin əsas alətləridir. Bu, artıq dəfələrlə konkret araşdırmalarla təsdiqlənib. Putin Ukraynanın sağçı siyasi qüvvələrinin guya Moskvaya qarşı İçkeriyanın radikal qüvvələri ilə əməkdaşlıq etmək istədiyini bəhanə edərək 2014-cü ildə Ukraynaya hücum etdi. Bu, dəfələrlə sübut olunan yalan idi. Müdafiə Nazirliyi 2022-ci ildə Ukrayna və Gürcüstanda guya Amerikanın bioloji silah laboratoriyaları haqqında yalan məlumat yaydı. Bu da dəfələrlə sübut olunan yalan idi. Rusiya Xarici İşlər Nazirliyi Ukrayna prezidentinin nüvə silahı istehsalını bərpa etmək istədiyi tezisini irəli sürdü. Bu da dəfələrlə sübut olunmuş yalan idi.

Bu gün Rusiya mediası Ukraynanın Rusiya hərbçilərini günahlandırmaq üçün öz mülki əhalisini atəşə tutmağa hazırlaşdığı ilə bağlı yeni yalan yayır.

Yalan və qorxunun Kremlin siyasətinin əsas aləti olduğuna çoxda öyrəşməliydik. Müdafiə naziri Sergey Şoyqu Qərb cəmiyyətini “çirkli bomba” yalanı ilə mümkün qədər qorxutmaq və Rusiyanın nümayəndəsi kimi legitimliyini tamamilə itirmiş Putinlə danışıqlara başlamağa nail olmaqdan ötrü prezident Vladimir Zelenskiyə təzyiq göstərmək üçün xüsusi əməliyyatda iştirak edir. Əgər hansısa “aşpaz” (Yevgeni Priqojin) ağır cinayətlərə görə məhkum olunmuş məhbuslara prezidentin adından əfv vəd edirsə, Müdafiə Nazirliyinin xəbəri olmadan hansısa istehkamlar qurursa, nədən danışmaq olar? Sergey Şoyqunun “çirkli bomba” cəfəngiyatının Kremlin siyasəti deyil, öz canın bu yolla xilas etməyə çalışan müdafiə nazirinin özbaşınalığı olmadığına nə qədər əmin ola bilərik?

Real təhlükə olmadığını deyə bilərikmi? Bunu söyləmək mümkün deyil. Çünki Vladimir Putin və onun tabeliyində olanların ardıcıl olaraq onların vəziyyətini daha da ağırlaşdıran axmaq, emosional qərarlar verdiyini dəfələrlə görmüşük. Rusiya ordusu Ukraynanı ittiham etmək üçün Ukrayna ərazisində və ya hətta öz ərazisində (məsələn, Belqorod vilayətində və ya Krımda) “çirkli bomba” partlada bilərmi? Əlbəttə bilər. Çünki Vladimir Putin və onun əlaltılarının davranışlarında intihar əlamətlərinin olması təsdiqini tapıb. Həqiqətən də, əlində qumbara olan meymun onu hər yerə ata bilər, çünki o, hərəkətlərinin nəticələrini anlamır və anlamaq istəmir.

Lakin ilk növbədə nazir Şoyqunun açıqlamaları göstərir ki, Rusiya rəhbərliyi yalan danışmaqdan və qorxutmaqdan başqa heç nə edə bilməz.

Rauf Orucov

24 saat” ““Meymunun əlindəki qumbara” və Rusiyanın “Çirkli bomba” oyunu” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button