2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Milli Məclisin yaz sessiyası başladı

Fevralın 1-də Milli Məclisin yaz sessiyası Azərbaycan himinin səsləndirilməsi ilə öz işinə başlayıb.

Spiker Oqtay Əsədov bildirib ki, bu müddətdə parlament bir çox qanunlar qəbul edəcək:

“Bu sessiyada biz bir sıra qanun layihələri ilə tanış olacaq, hökumətin də hesabatını dinləyəcəyik. Ombudsmanın və Bələdiyyələrə nəzarət edən müvafiq qurumların hesabatı ilə tanış olacağıq. Hörmətli deputatlar, mən bu sessiyada hər birinizə uğurlar arzulayıram”.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org xəbər verir ki, sessiyada ilkin olaraq MM-in İntizam Komissiyasının yeni tərkibi təsdiq edilib. Komissiyaya millət vəkillərindən Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir. Sessiyada həmçinin Hesablayıcı Komissiyanın yeni tərkibi təsdiq edilib. Belə ki, komissiyaya millət vəkillərindən Fəttah Heydərov, Qüdrrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin daxildir. Qeyd edək ki, hər iki komissiyanın ilk iclasında sədr seçiləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button