2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Milli Şura son həbslərlə bağlı bəyanat verdi

İlham Əliyev unutmasın ki, indi onun rəvac verdiyi siyasəti tarixdə buna qədər yürütmüş heç bir rejim ömrünü yaxşı sonluqla başa vura bilməyib

Koronavirus dövründə Azərbaycan hakimiyyətinin ölkədə siyasi repressiyanı gücləndirməsi ilə bağlı Milli Şuranın bəyanatı

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan hakimiyyəti ölkədə koronavirusla mübarizə baxımından olduqca vacib olan mart ayından müxalifətə qarşı başlatdığı yeni repressiyanı gücləndirməklə davam etdirməkdədir. Aprelin 8-də AXCP sədri, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Əli Kərimlinin ictimai əsasla köməkçisi və Azadlıq qəzetinin əməkdaşı, keçmiş siyasi məhbus Faiq Əmirli polislər tərəfindən faktiki oğurlanaraq bir gün sonra – aprelin 9-da Bakı şəhər Səbail rayon məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Səbəb kimi onun guya karantin qaydalarını pozduğu göstərilib. Halbuki, Faiq Əmirlini yaşadığı evin qarşısında bir neçə nəfər mülki geyimli şəxs zorla “Jeep” markalı, 99-GV-655 nömrə nişanlı avtomobilə oturdub naməlum istiqamətə aparıblar. Faiq Əmirli barədə məhkəmə qərarının çıxarıldığı saatlarda, aprelin 9-da AXCP-nin daha bir fəalı, partiya sədrinin ictimai əsasla mühafizəçisi Ruslan Əmirov da eyni tərzdə faktiki oğurlanaraq həbs edilib və daha sonra Bakı şəhər Nərimanov rayon məhkəmənin qərarı ilə 30 sutka inzibati həbsə məhkum olunub. Xatırladaq ki, Ruslan Əmirov son 1 ildə 4-cü dəfədir qurama ittihamlarla inzibati qaydada həbs olunr.

Eyni günlərdə NİDA vətəndaş hərəkatının liderlərindən, keçmiş siyasi məhbus İlkin Rüstəmzadə və ailəsi iyrənc təxribata və polis təqibinə məruz qalıb. İlkin Rüstəmzadənin və xanımının adına əxlaqsızlıq məqsədilə saxta sosial şəbəkə hesabları yaradılıb, İlkinin atasının evinə polis basqını olub və atası əsassız yerə polis bölməsinə aparılıb, daha sonra özünün yaşadığı ev polis nəzarətinə götürülüb. İlkin Rüstəmzadə hər an həbs oluna biləcəyindən narahatdır.

Aprelin 6 və 7-də isə Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının funksionerləri Şakir Məmmədov və Vəfadar Əliyev saxlanılaraq, saxta ittihamla (İXM 535-ci maddə – polisə müqavimət) müvafiq qaydada 15 və 30 sutka müddətinə inzibati həbsə məhkum ediliblər.

Aprelin 8-də Xaçmaz rayonunda Vüsal Başaratov adlı ictimai fəal yaşadığı evdən götürülərək polis şöbəsinə aparılıb və günün sonuna qədər polisdə saxlandıqdan sonra sərbəst buraxılıb. Vüsal Başaratov ondan bir gün qabaq rayon ərazisində bir polis əməkdaşının sərxoş halda vətəndaşları saxlayaraq incitdiyini video-qeydə alaraq paylaşmışdı.

Milli Şura bir daha təəssüflə bildirir ki, Azərbaycan hakimiyyəti hətta indiki qlobal böhran dövründə də öz idarəçiliyində məsuliyyətli ola bilmir və repressiv siyasətindən əl çəkmir. Xatırladaq ki, koronavirusla mübarizə baxımından önəmli olan mart ayında da hakimiyyət Milli Şura Koordinasiya Mərkəzinin üzvü, keçmiş siyasi məhbus Tofiq Yaqublu başda olmaqla 10 nəfər müxalifət fəalını repressiyaya məruz qoyub. Beləliklə, mart ayından bəri artıq 16 nəfər bu repressiv siyasətin (10 nəfər mart ayında, 6 nəfər aprelin 9-dək ) qurbanı olub. Milli Şura hakimiyyətdən bu anti-xalq və anti-bəşəri addımları dərhal dayandırmağı, saxta ittihamlarla həbs olunanları azadlığa buraxmağı, müxalifətçilərə, ictimai fəallara qarşı təqib-təzyiqləri dayandırmağı tələb edir.

Hakimiyyət anlamalıdır ki, öz tənqidçilərini, ölkədəki həqiqətlər barədə danışanları həbs etmək, təhdidlə susdurmağa çalışmaq mövcud böhranı aradan qaldırmır, əksinə ictimai-siyasi gərginliyi artırır, xalqın dövlətə inamını sarsıdır, hakimiyyətə nifrət və qəzəbi artırır. Milli Şura şəxsən ölkə başçısı İlham Əliyevə çağırış edir ki, indi onun rəvac verdiyi siyasəti tarixdə buna qədər yürütmüş heç bir rejimin ömrünü yaxşı sonluqla başa vura bilmədiyini unutmasın, nə qədər gec deyil, bu siyasətdən imtina etsin. Milli Şura həmçinin Azərbaycan xalqını və dünya ictimaiyyətini İlham Əliyev hakimiyyətinin bu anti-xalq və anti-bəşəri əməlini daha uca səslə pisləməyə, bu siyasətin durdurulması üçün güclü etiraz kampaniyası təşkil etməyə səsləyir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button