2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Mİrşahinin açdığı REAL TV-nin kimə məxsus olması müəyyənləşdi – ARAŞDIRMA

Mirşahin Ağayevin baş redkator olduğu Real TV-yə peyk yayımı üçün lisenziya verilməsi ictimaiyyətdə maraq və bir qədər də müəmmalı qarşılanıb. 24saat.org xəbər verir ki, xüsusən də, kanalın adının niyə məhz REAL olması, FETÖ ilə əlaqədə ittiham edilərək qapadılan kanalın kollektivinə prezident seçkilərinə sayılı günlər qaldığı bir vaxtda müddətsiz lisenziya verilməsinin səbəbləri və kanalın əslinsə kimə məxsus olması suallar yaradıb.
MTRŞ-nin yaydığı məlumatda lisenziyanın “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə verildiyi qeyd edilib. Bəs Real TV kimindir?
Bununla bağlı araşdırmanı jurnalist Xədicə İsmayıl paylaşıb:
“Lisenziyanı “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə veriblər.

Direktoru Mirşahin Ağayevdir. Əvvəla, şirkət cəmi 11 gün əvvəl qeydiyyatdan keçib və kosmik sürətlə lisenziya üçün müraciət edib, müraciəti dəyərləndirilib və təsdiqlənib.

MMC-nin qeydiyyatdan keçdiyi ünvan Əhməd Rəcəbli küçəsi 19-dur.

Saytların yığılması Saytlarin yigilmasi

Həmin ünvanda daha hansı şirkətlər qeydiyyatdan keçib?

“MODERN GROUP OF COMPANIES” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“SENTRA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“TRADE SUPPLY” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“GÖZƏL QADIN DÜNYASI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“MEQA SIĞORTA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

“MODENİS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“İNACON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT

Bunların əksəriyyəti reyestr üzümüzə bağlanandan sonra qeydiyyatdan keçib, ona görə kimə məxsus olduğunu bilmirik. Bildiyimiz ikisidir:
Modern Group of Companies

Meqa Sığorta.

Hər ikisinin təsisçisi Qurbanov Yaşar Feyzi oğlu göstərilir (hər halda 2012-ci ilədək o olub).

Qurbanov Yaşar Feyzi oğlunun başqa iş yeri Express Bankın Direktorlar Şurasının üzvü olmaqdır.

Ekspress Bank isə prezident Əliyevin qızlarına məxsusdur. Təsisçilərindən biri Ador MMC-dir. Həmin şirkətin qeydiyyat ünvanı isə Mehriban, Leyla və Arzu Əliyevaların vaxtilə seçici qeydiyyyatında olduğu Səməd Vurğun küçəsi, 7 ünvanıdır.
İndi aydındırmı Real TV kimin nəzarətindədir?”

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button